gundem
20.01.2019, 18:44
"Neft daşları"nda platforma çökdü

"Neft daşları" yatağında 1047 saylı platforma çöküb.
Hadisə yanvarın 17-də - Azərbaycanda təhlükəli hava şəraiti ilə bağlı xəbərdarlığın edildiyi gün baş verib. Hadisə zamanı platformada heç kim olmayıb. Çünki ifrat təhlükəli hava şəraiti xəbərdarlığından sonra SOCAR 2500-dən çox neftçini yanvarın 16-da təxliyə etmişdi. Bu addım sayəsində platforma çökərkən faciə yaşanmayıb.
Xatırladaq ki, yanvarın 17-də açıq dənizdə küləyin sürət saniyədə 35 kilometri ötüb. Günün ikinci yarısı dalğanın hündürlüyü 7-9 metr olub. BakuPost


