gundem / siyaset / Cəmiyyət
26.12.2022, 13:00
“Media haqqında“ qanuna bəzi dəyişikliklər edilə bilər
"Gələn il "Media haqqında" qanuna bəzi dəyişikliklər edilə bilər".
"dogruxeber.tv" Report-a istinadla xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bir sıra məsələlər o vaxt üçün nəzərdə tutulmamışdı: "Məsələn, qanunda dövlət dili ilə bağlı hissədə bəzi dəyişikliklər oluna bilər. Canlı yayımda tərcümə məsələsi ilə bağlı müəyyən təkliflər veriləcək".



