İranda qadınlar hicabsız gəzə biləcək

Tehrandakı molla rejiminin siyasi rəhbəri ilk dəfə olaraq İranda qadınların hicabsız yaşaya və gəzib - dolaşa biləcəklərini açıq şəkildə ifadə edib.

Ayətullah Xameneyinin 4 yanvar tarixli çıxışından sitat: "Hicab İslamdan doğan zəruri şəri məsələdir və şəriətin vacib buyurduğu hökmdür. Hicabın vacibliyinə dair heç bir şəkk və şübhə yoxdur. Bunu hamı bilməlidir ki, hicab şəriətin vacib buyurduğu əmrdir və buna riayət edilməlidir. Amma hicab taxmayanları dinsizlikdə və inqilab düşməni olmaqda ittiham etmək olmaz"...

Bu İranda son zamanlar heç dayanmayan iğtişaşların qarşısında molla rejiminin geri addım atmasının ifadəsidir.

İndiyə qədər İran ərazisində yaşayan və bu ölkəyə hər hansı səbəbdən gələn bütün qadınlara hicab taxmaq məcburi idi.

Hətta Avropadan, ABŞ -dan İrana gələn qadın siyasətçilər, dövlət xadimləri, jurnalistlər, yazarlar da məcburi hicab taxırdılar. Bu məcburiyyət absurda qədər gəlib çatmışdı: hicabı yarımçıq taxdığına görə İranın "əxlaq polisi" adlı qurumu qadınları şallaqlayır, küçənin ortasındaca döyür, polis idarəsinə aparıb, onlara işgəncə verirdi.

Elə son iğtişaşlara səbəb olan Məhsa Əmininin polis idarəsində döyülərək, öldürülməsi də dediklərimizə sübutdur. 23 yaşlı gənc qızın yalnız bir günahı vardı: "hicabını düzgün taxmamışdı". Buna görə "əxlaq polisləri" onu küçədən polis idarəsinə aparmış, orada da döyərək, öldürmüşdülər. İğtişaşların gedişində mollakratiya geri addım atdı - "əxlaq polisi"ni ləğv etdi. İndi isə İranın dini - siyasi rəhbəri sensasiya sayıla biləcək addımı atdı: İranda hicab taxmayan qadınlar dinsiz sayılmayacaq, "inqilabın" düşməni hesab olunmayacaq. Bu 43 illik mövcudluğu dönəmində İrandakı sərt molla rejiminin xalq qarşısında ən böyük güzəşti, geriləməsi hesab oluna bilər.

İran rejimi islam ekspansiyasını bizim ölkəmizə həm də "hicab azadlığı" adı ilə yeritməyə çalışırdı. Dəfələrlə Bakıda "hicab aksiyası" keçirən irançı zehniyyətin tərəfdarları yəqin ki, rəhbərlərinin bu addımından şokdadırlar. Çünki Azərbaycanda istədikləri "hicab azadlığı" İranda verildi! Artıq İranda kim istəsə, hicabsız gəzə biləcək.

Son xəbərlər

Küveyt İrana xəbərdarlıq etdi

Saakaşvilidən müharibə xəbərdarlığı: Bakı buna icazə verməyəcək

Prezident İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək

Bakıda evdən 6 min dollar oğurlayan usta saxlanıldı

Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Prezident Qurban Qurbanovu təltif etdi

Qubanın 3 kəndinin adı dəyişdirildi

Yaşla əlaqəli beyin iltihabının müalicəsi tapıldı

Nyu-Cersidə miqrant mərkəzi ətrafında məhdudiyyətlər genişləndirilib

Peykdən birbaşa telefona internet – ölkə texnologiyada yeni mərhələyə keçdi

Bu marşrutun bütün avtobusları yenilənir

Myanmanın şimal-şərqində partlayıcı maddə anbarında partlayış nəticəsində onlarla insan həlak olub

Maşın alıb-satanlara bazardan SON XƏBƏR

Azərbaycan üzərindən daha bir ticarət yolu – Rusiya milyardlar itirəcək

"Makedon" vəfat etdi

Yol Polisindən müraciət

Yaxın vaxtlarda Bakı ilə bu işlərə başlayacağıq - Paşinyan

Netanyahu şirkət rəhbərini milli təhlükəsizlik müşaviri təyin etdi

“Hizbullah” İsrail ərazisinə 20-dən çox raket atdı

Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır

Sabahdan gömrük bağlamalarını bəyan etməyin qaydası dəyişir

Pezeşkian İrandakı son durumdan danışdı

Azərbaycan cüdoçuları Avropa Kubokunun son günündə dörd medal qazanıblar

Tramp İrana daha sərt şərtlər irəli sürdü

KİV: Xərçəng əleyhinə vaksinin sınaqları görünməmiş nəticələr göstərib

Əlcəzair Azərbaycanla strateji enerji əməkdaşlığı müqaviləsini ratifikasiya edib

Bu halları görsəniz, demək ki, telefonunuz izlənilir

Ayın 31-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ

№1 Çörək Zavodunun şirniyyatlarını kif basıb – İstifadə müddətinə aldanmayın

Bütün xəbərlər