gundem / siyaset
10.01.2023
"Laçın dəhlizinin işini sülhməramlılar təmin etməlidir" - Paşinyan
Laçın dəhlizinin işini Rusiya sülhməramlıları təmin etməlidir. Bu, üçtərəfli sazişlərdə də öz əksini tapıb.
"dogruxeber.tv" erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında deyib.
"Laçın dəhlizi Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olmalıdır. Başqa heç bir qurum Laçın dəhlizinə nəzarət etməməlidir", - Paşinyan açıqlayıb.
O, həmçinin qeyd edib ki, yaranmış vəziyyətlə bağlı deyəcəkləri artıq ictimaiyyətə açıqlanıb.


