Fond Əhməd Əhmədzadənin oğlunun şirkətindən ofis icarəyə götürür – 90 minə...

"dogruxeber.tv" bildirir ki, Təhsil Tələbə Kredit Fondu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Proyekt” MMC (VÖEN- 1401949901) olub.
Təhsil Tələbə Kredit Fondu “Proyekt” MMC-dən ofis sahəsini icarəyə götürəcək. İcarəyə götürüləcək ofis üçün 90 min manat ödəniləcək.
Məlumat üçün bildirək ki, tender müsabiqəsiylə bağlı məlumatlar dövlət satınalmalar portalına yerləşdirilməyib.
Qeyd edək ki, “Proyekt” MMC 04.04.2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Əhməd Əhmədzadənin oğlu, Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun kürəkəni Cümə Əhmədzadə və Umarov Nadir Osman oğlu tərəfindın təsis olunub. Hazırda MMC-nin direktoru Nadir Umarovdur.
İcarəyə götürülən ofisin hansı ünvanda yerləşdiyi açıqlanmasa da, Təhsil Tələbə Kredit Fondu Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, 16E ünvanında yerləşir. Bu ünvan isə “Time Business Centre” adlı plazanın ünvanıdır. “Time Business Centre”nin sahibinin kim olduğu bilinməsə də, bu biznes mərkəzinin rəsmi veb saytı “timetower.az” domen adının sahibi Cəlal Muxtarlı Kamal oğludur. Cəlal Muxtarlı eyni zamanda Cümə Əhmədzadənin 2011-ci ildə təsis etdiyi başqa bir şirkətin – “Advisors CO” MMC-nin (VÖEN – 2001846821) də əməkdaşıdır.
Cəlal Muxtarlının da Əhməd Əhmədzadə ilə eyni rayondan - Qax rayonundan olduğu bildirilir. Cəlal Muxtarlının atası Kamal Muxtarlının 1992-93-cü illərdə Qax rayon İcra Hakimiyyətinin başçısı olduğu deyilir. Kamal Muxtarlı 1995-98-ci illərdə AXCP-nin, 1998-2000-ci illərdə isə Müsavat Partiyasının üzvü olub. 2000-ci ildə bəyanat yayaraq Müsavat Partiyasından istefa verib.
Onu da qeyd edək ki, hazırda Qax rayon İcra Hakimiyyətinin başçısı Əhməd Əhmədzadənin xalası oğlu Musa Şəkiliyevdir.
Xatırladaq ki, Əhməd Əhmədzadənin yaxın ətrafı yüksək vəzifələrdə olmaqla bərabər geniş biznes şəbəkəsinə də sahibdirlər. Təhsil Tələbə Kredit Fonduna 90 min manata ofis icarəyə verən “Proyekt” MMC-nin təsisçisi olmuş Cümə Əhmədzadə həm Azərbaycanda, həm də xarici ölkələrdə çoxsaylı şirkətlər təsis edib.//siam.az

Son xəbərlər

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Bütün xəbərlər