gundem / dunya
9.02.2023
"Bu, erməni qadınlar üçün yeni bir səhifədir" - Paşinyan
Qadınlara könüllülük əsasında 6 ay müvəqqəti hərbi xidmət keçməsinə imkan yaradacağıq, bundan sonra onlar da “Vətəndaşın müdafiəçisi” məntiqi ilə daha uzunmüddətli hərbi xidmət keçə bilərlər.
"dogruxeber.tv" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan a hökumətin iclasında deyib.
Müdafiə naziri Suren Papikyana müraciət edən Paşinyan 6 aylıq hərbi xidmət üçün ərizə yaza biləcəklərini soruşub.
"Qış çağırışına düşmək üçün hər şeyi edəcəyik, yay çağırışına keçib-keçməyəcəyimizi demək çətindir, hər şey sürətimizdən asılıdır", - Papikyan bildirib.
Paşinyan cavabında “Qadınlarımız üçün yeni və təzə infrastrukturlara malik olmağı qarşımıza vəzifə qoymuşuq ki, prosesə yeni məzmun və təravətlə başlaya bilək, bu, onlar üçün yeni səhifədir”, - deyə bildirib.


