gundem / hadise / bolge
14.02.2023
Qanunsuz ov edən şəxs saxlanıldı
Xaçmazda qanunsuz ov edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "dogruxeber.tv"a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən Elxan Məmmədov saxlanılıb.
Həmin şəxsdən 1 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladığı bataqlıq quşları aşkar edilib.
Faktla bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır.



