gundem / dunya
11.05.2026
Türkiyə XİN Pakistandakı terror aktına münasibət bildirdi

Türkiyə Xarici İşlər Nazirliyi Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətində polis məntəqəsinə qarşı törədilən terror aktını qətiyyətlə pisləyib.
DogruXeber.tv xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Bəyanata əsasən, mayın 9-da baş verən hücum nəticəsində həyatını itirənlərin ailələrinə və Pakistan xalqına başsağlığı verilir.
“Bu mənfur hücumda həyatını itirənlərə Allahdan rəhmət diləyirik”, – deyə açıqlamada qeyd olunub.
Bəyanatda həmçinin vurğulanıb ki, Türkiyə terrorun bütün forma və təzahürlərinə qarşı mübarizədə Pakistanla həmrəylik nümayiş etdirməyə davam edəcək.


