gundem
11.05.2026
Nərgiz Məhəmmədi azadlığa buraxıldı

Güney azərbaycanlı siyasi məhbus və Nobel sülh mükafatı laureatı Nərgiz Məhəmmədi müalicə üçün həbs cəzasının icrasının dayandırılması barədə qərar verildikdən sonra Tehrandakı Pars xəstəxanasında yerləşdirilib.
DogruXeber.tv xəbər verir ki, bu barədə Nərgiz Fondu məlumat yayıb.
Fond bu köçürmənin yüksək təhlükəsizlik tədbirləri altında həyata keçirildiyini açıqlayıb.
Nərgiz Məhəmmədinin böyük girov müqabilində müvəqqəti azadlığa buraxıldığı bildirilib.


