20 milyon girovla azadlığa çıxan azərbaycanlı iş adamı Türkiyədə klub aldı

Rusiyada yaşayan azərbaycanlı iş adamı Tufan Sadıqov Türkiyədə futbol klubu alıb.

"dogruxeber.tv" xəbər verir ki, o, növbəti mövsümdən ikinci liqada çıxış edən “Serik Belediyespor”un səhmlərinin 50 faizinə sahib çıxıb.

T.Sadıqov bunun üçün 4 milyon avro ödəyib.

Maraqlıdır ki, iş adamı kluba yeni baş məşqçi də təyin edib. Bu vaxtilə “Simurq” klubunda işləmiş Sergey Yurandır.

Onun təyinatı yaxın günlərdə açıqlanacaq.

T.Sadıqovun Rusiyada sahibi olduğu “Ximki” klubu isə fəaliyyətini dayandırıb. Bu barədə klub rəsmi instaqram hesabında açıqlama yayıb.

Klub maddi problemlərə görə bu durumla üz-üzə qalıb.

Qeyd edək ki, Moskvanın Golovinski məhkəməsi Tufan Sadıqova 2024-cü ilin dekabrında külli miqdarda dələduzluqda ittiham ilə 1 ay 18 sutka ev dustaqlığı cəzası vermişdi.

Məhkəmə bu il yanvarın 23-də biznesmenin girov müqabilində ev dustaqlığından azad edilməsi barədə qərar çıxarıb və həmin qərar yanvarın 28-də qüvvəyə minib.

Girov məbləği açıqlanmasa da, Rusiyanın “Mash” teleqram kanalı iş adamının 20 milyon rubl (təqribən 343 000 AZN) girov müqabilində azad edildiyini yazmışdı.//Qafqazinfo

20 milyon girovla azadlığa çıxan azərbaycanlı iş adamı Türkiyədə klub aldı

Oxunub: 665

Son xəbərlər

Millimizin baş məşqçisi istefaya göndərildi

Ukraynaya 90 milyard avroluq kredit ayrıldı

Almaniyanın "Fortuna" klubu 28 futbolçusu ilə vidalaşa bilər

Azərbaycanın 5 vətəndaşı repatriasiya olundu

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Ölkədə yeni dövlət rüsumu müəyyən EDİLİR

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verildi

Azərbaycanda zəlzələ olub

Gürcüstan və Ermənistanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

Bakıda qətl törədən şəxsə ağır cəza istənildi

Prezidedent latviyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb

Bakıda şirkətdən 11 min manatlıq oğurluq edilib

55 mindən çox şagird imtahan verəcək

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bütün xəbərlər