gundem / dunya
11.05.2026
CNN: ABŞ Kuba sahillərində kəşfiyyat uçuşlarını artırıb

Amerika hərbçiləri Kuba sahillərində kəşfiyyat uçuşlarının sayını əhəmiyyətli dərəcədə artırıb.
DogruXeber.tv-nin xəbərinə görə, bu barədə CNN teleşirkəti mənbələrə istinadən məlumat verib.
Telekanalın məlumatına görə, 4 fevraldan bəri ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Donanması ada sahillərində azı 25 uçuş həyata keçirib. Missiyaların əksəriyyəti Havana və Santyaqo-de-Kuba yaxınlığında baş tutub.
Qeyd olunur ki, ABŞ hərbçiləri bu missiyalar üçün əsasən "P-8A Poseidon" dəniz müşahidə təyyarələrindən istifadə edib.
Bundan əlavə, əməliyyatlarda "RC-135V Rivet Joint" kəşfiyyat təyyarələri və "MQ-4C Triton" pilotsuz uçuş aparatları (PUA) da iştirak edib.


