Xətainin mərkəzində səssiz mübarizə: Yaşıllıq ərazilər kimlərin maraq dairəsinə daxil olub?

Son illər paytaxt Bakıda yaşıllıq ərazilərin sürətlə azalması, həyət və park sahələrinin müxtəlif məqsədlərlə hasarlanaraq ictimai istifadədən çıxarılması cəmiyyətdə ciddi narahatlıq doğurur. Xüsusilə şəhərin sıx yaşayış massivlərində insanların nəfəs aldığı son yaşıllıq zolaqlarının da tikinti və kommersiya maraqlarının hədəfinə çevrilməsi artıq sosial narazılığı dərinləşdirən əsas amillərdən birinə çevrilib.

Bu günlərdə Xətai rayonu, Xudu Məmmədov 33A (otuz üç A) ünvanında baş verən hadisələr də məhz həmin proseslərin növbəti nümunəsi kimi qiymətləndirilir.

DogruXeber.tv informasiya portalına daxil olmuş çoxsaylı müraciətlər əsasında portalın nəzdində fəaliyyət göstərən Kanal14 YouTube internet televiziyasının əməkdaşları əraziyə baxış keçiriblər. Aparılan müşahidələr və sakinlərlə söhbətlər göstərir ki, məsələ təkcə bir həyətin və ya bir neçə ağacın taleyi deyil. Burada söhbət şəhərsalma siyasəti, ictimai nəzarət, ekoloji təhlükəsizlik və vətəndaş hüquqlarından gedir.

Sakinlərin iddiasına görə, uzun illər istifadədə olan və yüzlərlə müxtəlif cinsli çoxillik ağacların yerləşdiyi ərazidə əvvəlcə müəmmalı yanğın hadisəsi baş verib. Hadisədən qısa müddət sonra isə geniş sahənin dəmir hasarla əhatəyə alınması və əraziyə girişin məhdudlaşdırılması yerli əhali arasında ciddi şübhələr yaradıb.
Xətainin mərkəzində səssiz mübarizə: Yaşıllıq ərazilər kimlərin maraq dairəsinə daxil olub?

Vətəndaşların iddialarına görə, hazırda həmin ərazidə tikinti aparmaq istəyən şirkətin “İnam 2019” adlı şirkət olduğu bildirilir. Eyni zamanda sakinlər tərəfindən həmin layihənin əsas simalarından biri kimi Ramin Məcidov adlı şəxsin adı hallandırılır. “Kanal14” YouTube internet televiziyasının əməkdaşları tərəfindən ərazidə aparılan araşdırma zamanı özünü mühafizəçi kimi təqdim edən şəxslə söhbət aparılıb. Həmin şəxs özündən yuxarı məsul şəxs olduğunu bildirdiyi Arif adlı şəxslə telefon əlaqəsi yaradaraq jurnalistlərin onunla danışmasına şərait yaradıb.
Xətainin mərkəzində səssiz mübarizə: Yaşıllıq ərazilər kimlərin maraq dairəsinə daxil olub?

Arif bəy ilə aparılan söhbət zamanı o, həyata keçiriləcək işlərdə birbaşa aidiyyəti olmadığını bildirsə də, layihənin onun dostu olan Ramin Məcidov müəllim tərəfindən həyata keçiriləcəyini qeyd edib. O, həmçinin iddia edib ki, hazırda ərazidə aktiv iş aparılmır və gələcəkdə burada dəmir konstruksiyalardan ibarət avtomobil parklanma məkanının yaradılması nəzərdə tutulur. Lakin səsləndirilən bu fikirlərin nə dərəcədə doğru olub-olmaması ilə bağlı rəsmi təsdiqləyici sənəd və ya açıqlama təqdim edilmədiyindən, məsələ ilə bağlı yekun nəticə çıxarmaq mümkün deyil. Məsələ ilə bağlı nə şirkətin, nə də adı çəkilən şəxslərin rəsmi mövqeyi hələlik ictimaiyyətə açıqlanmayıb.

Bu cür hadisələrin Azərbaycanda ilk dəfə baş vermədiyini nəzərə alsaq, cəmiyyətdə formalaşmış ümumi fikir ondan ibarətdir ki, bəzi hallarda yaşıllıq ərazilərin məqsədli şəkildə yararsız vəziyyətə salınması sonradan həmin torpaq sahələrinin kommersiya dövriyyəsinə daxil edilməsinə zəmin yaradır.

Əlbəttə, Xudu Məmmədov 33A (otuz üç A) ünvanında baş verən hadisə ilə bağlı aidiyyəti qurumların rəsmi araşdırma nəticəsi olmadığı üçün hər hansı qəti ittiham irəli sürmək doğru olmazdı. Lakin hadisələrin ardıcıllığı və sakinlərin narahatlığı məsələnin ciddi şəkildə araşdırılmasını zəruri edir.
Xətainin mərkəzində səssiz mübarizə: Yaşıllıq ərazilər kimlərin maraq dairəsinə daxil olub?

Bakıda yaşıllıq ərazilərin azalması artıq təkcə ekoloji yox, həm də sosial-siyasi problem kimi qiymətləndirilir. Çünki insanların yaşadığı ərazilərdə nəfəs alacaq məkanların azalması birbaşa olaraq həyat keyfiyyətinə təsir göstərir.
Xüsusilə sıx tikililərin üstünlük təşkil etdiyi rayonlarda hər bir ağac və yaşıllıq sahəsi sakinlər üçün sosial balans rolunu oynayır. Belə ərazilərin hasarlanması və vətəndaşların istifadəsindən çıxarılması isə ictimai narazılığı artırır və dövlət-vətəndaş münasibətlərində əlavə gərginlik yaradır.

Məsələnin digər tərəfi isə şəffaflıq problemidir. Sakinlərin bildirdiyinə görə, ərazidə aparılan işlərlə bağlı heç bir məlumat lövhəsi yerləşdirilməyib, layihə barədə ictimaiyyətə açıqlama verilməyib və hansı qurumun bu işi həyata keçirdiyi tam məlum deyil. Bu isə insanlarda qanunsuz tikinti, torpaq mənimsənilməsi və maraq qruplarının təsiri kimi şübhələri gücləndirir.

Ən çox müzakirə olunan məsələlərdən biri də aidiyyəti dövlət qurumlarının hadisəyə münasibət bildirməməsidir. Sakinlərin sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, yerli icra strukturlarına və digər qurumlara müraciətlər olunsa da, indiyədək konkret nəticə yoxdur.

Bu isə cəmiyyətdə belə bir fikir formalaşdırır ki, bəzi hallarda vətəndaşların narazılığı yalnız mediaya və ictimai rezonansa çevrildikdən sonra diqqətə alınır. Halbuki dövlət idarəçiliyində əsas prinsip problemlərin böyümədən həll edilməsidir.

Xüsusilə Prezident İlham Əliyev tərəfindən müxtəlif çıxışlarda yaşıllıqların qorunması, qanunsuz tikintilərə qarşı mübarizə və şəhərsalma intizamının gücləndirilməsi ilə bağlı verilən tapşırıqlar fonunda bu cür hadisələr əlavə suallar doğurur.
Sakinlər iddia edirlər ki, hasarlanma zamanı yolun daraldılması nəticəsində nəqliyyat problemi yaranıb və hətta azyaşlı uşağın vurulması ilə nəticələnən hadisə baş verib. Əgər bu iddialar təsdiqini taparsa, məsələ artıq təkcə ekoloji deyil, ictimai təhlükəsizlik probleminə də çevrilmiş olacaq.
Xətainin mərkəzində səssiz mübarizə: Yaşıllıq ərazilər kimlərin maraq dairəsinə daxil olub?

Digər tərəfdən, sakinlərin təzyiq, hədə-qorxu və susdurulma cəhdləri ilə bağlı səsləndirdiyi fikirlər də hüquqi araşdırma tələb edir. Çünki vətəndaşın yaşadığı mühitlə bağlı narazılığını ifadə etməsi onun fundamental hüququ hesab olunur.

Xudu Məmmədov 33A (otuz üç A) ünvanında baş verən hadisələr bir daha göstərir ki, ictimai nəzarət mexanizmləri zəiflədikdə şəhər mühiti ilə bağlı problemlər daha da dərinləşir. Məhz bu baxımdan medianın və müstəqil araşdırmaların rolu xüsusi əhəmiyyət daşıyır.

DogruXeber.tv informasiya portalı və onun nəzdində fəaliyyət göstərən Kanal14 YouTube internet televiziyası tərəfindən aparılan müşahidələr nəticəsində ərazidə həqiqətən də geniş yaşıllıq sahəsinin mövcud olduğu, hasarlanma işlərinin həyata keçirildiyi və sakin narazılığının real olduğu müəyyən edilib.
Xətainin mərkəzində səssiz mübarizə: Yaşıllıq ərazilər kimlərin maraq dairəsinə daxil olub?

Hazırda əsas gözlənti aidiyyəti dövlət qurumlarının məsələyə hüquqi qiymət verməsi, aparılan işlərin qanuniliyinin araşdırılması və ictimaiyyətə rəsmi məlumat təqdim olunmasıdır.

Çünki paytaxtın gələcəyi yalnız yeni binaların sayı ilə deyil, qorunan ağacların, saxlanılan yaşıllıqların və vətəndaşın öz şəhərində nə qədər rahat nəfəs ala bilməsi ilə müəyyən olunur.

Araşdırmalarımız davam edir. Növbəti yazılarımızda aidiyyəti qurumların məsələ ilə bağlı mövqeyini və əldə edilən yeni məlumatları diqqətinizə çatdıracağıq.
Kamal Əsgərov

Son xəbərlər

Funda Hospitalında həkim İmran Cərullazadənin icra etdiyi göz əməliyyatı faciəyə çevrildi - Vətəndaş gözünü itirdi

Qağaməli müəllimin kantorundə DƏRƏBƏYLİK: “Deyirlər ki, xoşun gəlmir get başqa yerdə iş tap...” -BU NƏDİ BELƏ?

Paşinyandan Moskvanın Zelenski ilə bağlı açıqlamasına reaksiya: Putin də mənim yanımda çox söz deyib

Xətai rayonunda qanunsuz tikinti iddiaları yenidən gündəmdə – səki restoran ərazisinə qatılır?

Avropa İttifaqı Suriya ilə Strateji Tərəfdaşlıq Sazişini bərpa etdi

İran Avropaya xəbərdarlıq etdi: Təhriklərə aldanmayın

Almaniya və Ukrayna birgə silah istehsal edəcək

Britaniyanın qəti mövqeyi: “Biz İranla müharibəni dəstəkləmirik”

Akif İslamzadənin SON VƏZİYYƏTİ AÇIQLANDI

Sabah 30 dərəcə isti olacaq

Rusiya ordusu Liman şəhərində irəliləyir

Fransada hantavirusa ilk yoluxma halı qeydə alındı

Mayda pensiya gözləyənlərə XƏBƏR

Azərbaycan nefti bu qədər bahalaşacaq

Xaricdə yaşayan Ermənistan vətəndaşları səs verə bilməyəcək

Binəqədidə şirkətdən 7 min manatlıq kabel oğurlandı - İki nəfər saxlanıldı

Nərgiz Məhəmmədi azadlığa buraxıldı

"Arsenal" vacib qələbə qazandı

Netanyahu ABŞ və İsrailin Hörmüzdəki vəziyyəti səhv qiymətləndirdiyini etiraf edib

İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu – FOTOLAR

Xamenei ona ən çox ehtiyac duyulduğu vaxt yoxa çıxdı

Türkiyə XİN Pakistandakı terror aktına münasibət bildirdi

İstanbuldan uçan təyyarə Nepalda eniş zamanı alovlanıb

6 yaşlı oğlan məktəb ekskursiyası zamanı elə bir şey tapdı ki... - Foto

Xətainin mərkəzində səssiz mübarizə: Yaşıllıq ərazilər kimlərin maraq dairəsinə daxil olub?

Bu da Türkiyənin "Kuzgun"u - Foto

"Barselona" "Real"a qalib gələrək İspaniya çempionu olub

CNN: ABŞ Kuba sahillərində kəşfiyyat uçuşlarını artırıb

Tramp Lukaşenkoya təşəkkür edib

Bir Liderin yazdığı tarix

Bütün xəbərlər