Nəsimidə yaşıllıq yox, maraqlar boy atır – kimlər bu qanunsuzluqlara göz yumur?

Dogruxeber.tv: - Nəsimi rayonu, 20 Yanvar küçəsində illərlə şəhərin nəfəsi olan ağacların yerində indi şüşə və daşdan “iaşə obyektləri” ucalır. Ağacların gövdəsinə söykənmiş divarlar, köklərinin üzərinə tökülmüş beton parçaları, sanki qanunsuzluğun rəsmini çəkir.

Bəs bu obyektlər necə ərsəyə gəlir?
Şəhərin ortasında, yaşıllıq zolağında, dövlət torpağında bu qədər açıq şəkildə tikinti aparmaq üçün ya kimsə çox “güclüdür”, ya da kimlərsə çox “görməzdir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi susur.
Nəsimi Rayon İcra Hakimiyyəti isə sanki bu küçədən xəbərsizdir. Halbuki hər addımda tikinti nəzarətinə, yaşıllıqların mühafizəsinə cavabdeh qurumların möhürləri, imzaları var.

Bu prosesdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də məsuliyyəti birbaşa ortadadır.
Komitənin rəhbəri Anar Quliyev bu cür qanunsuz tikintiləri görməzdən gəlməklə, Prezidentin etimadından sui-istifadə etmiş kimi görünür.
Əgər şəhərin planlaşdırılmasına cavabdeh qurum bu cür hallara müdaxilə etmirsə, deməli, paytaxtın hər qarışında maraqlar və şəxsi mənafeyin izi var.

Vətəndaş haqlı olaraq soruşur:

Bu obyekti tikən kimdir?

İcazəni kim verib?

Və ən əsası, bu ağacların hesabına kimlər qazanır?


Bu, artıq bir ağacın yox olması deyil – bu, dövlət nəzarətinin yox olmasıdır.

Yaşıllıqlar kəsilir, amma bu qanunsuzluqlara göz yuman məmurlar hələ də “vəzifəsində boy atır”.
Görünür, şəhərin nəfəsi onların maraqlarına mane olur.

"DoğruXəbər.tv" olaraq bildiririk ki, bu məsələ ictimai əhəmiyyət daşıyır və aidiyyəti qurumlar – Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ekologiya Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyəti – dərhal məsuliyyət daşımalıdır.

Çünki bir daha sübut olunur:
yaşılın yerində boz bina ucalırsa, orda qanunsuzluq hökm sürür.

Tərəflərin mövqeyini dinləməyə hazırıq.

Nəsimidə yaşıllıq yox, maraqlar boy atır – kimlər bu qanunsuzluqlara göz yumur?

Nəsimidə yaşıllıq yox, maraqlar boy atır – kimlər bu qanunsuzluqlara göz yumur?

Nəsimidə yaşıllıq yox, maraqlar boy atır – kimlər bu qanunsuzluqlara göz yumur?

Nəsimidə yaşıllıq yox, maraqlar boy atır – kimlər bu qanunsuzluqlara göz yumur?

Nəsimidə yaşıllıq yox, maraqlar boy atır – kimlər bu qanunsuzluqlara göz yumur?

Son xəbərlər

Əliyev bizim regionda gərginliyin azaldılmasına töhfə verib

Azərbaycanda bu şəxslər 1500 manatadək cərimələnəcək

Balıqçılıq məhsullarının yeni satış qaydası

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Bacısına görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI

Yarımfinalda nəhənglər meydana çıxır...

"Atom bombası hazırlamağın vaxtı çatıb" - İranlı parlamentari

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi başlanır

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? –ŞOK detallar

İlham Əliyev Slovakiya Prezidenti ilə təkbətək görüşdü

Meksikada güclü zəlzələ

İran Hörmüzdə tankerlərə atəş açıb, ölən var

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb

21 yaşlı gənc ürəyindən bıçaqlandı

Bakının bəzi ərazilərində işıq olmayacaq

Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - 14.07.2026

Danışıqlara başlamağın vaxtıdır - Merz

“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar

Hava xəbərdarlığı: leysan olacaq, dolu düşəcək

Rusiyada Aİ-95 markalı benzinin qiyməti 24% artıb

ADY-nin NFC ödəniş sistemi sərnişinlərə problem yaradır - Narazılıq

Sabah son iclas olacaq, deputatlar tətilə çıxacaq

Dövlət şirkətində kütləvi ixtisar – 90-a yaxın işçi işini itirdi

3 gündür universitet kampusunda qalan tələbələr belə xilas edildi

Hikmət Hacıyev Şuşada "Tiktok" və "Linkedin"in məsul şəxsləri ilə uşaqların onlayn qorunması məsələlərini müzakirə edib

Layihələndirilən aqrar müəssisələr üçün YENİ ÖHDƏLİKLƏR müəyyənləşir

Oğuzda 28 yaşlı şəxsin meyiti tapıldı

Sabah 39 dərəcə isti olacaq

Azərbaycanda dövlət qurumu ləğv edildi

Bu şəhərə köçənlərə PULSUZ TORPAQ veriləcək

Bütün xəbərlər