"Bir qalanın sirri" - Ölkədə aparılan qanunsuz işlərin "giriş qapısının açarı"  kimdədir ? // VİDEO

Paytaxt Bakıda növbəti ekoloji terror!

"dogruxeber.tv" xəbər verir ki, iki gün əvvəl paytaxtın Nəsimi rayonunda "Memar əcəmi" metrostansiyasının yaxınlığında yaşıllıq ağaclarının kəsilməsi ilə bağlı videogörüntülər yayımlandı. Videoda bildirilir ki, çoxillik yaşıllıq ağacları bir gecədə kəsilərək, yerində konstruksiyalarla iaşə obyekti inşa edilir.

VİDEO: Paytaxtda qanunsuz tikinti işləri sürətlə davam etməkdədir

Videogörüntülər ictimailəşdikdən dərhal sonra daha bir məlumat rəsmi saytlarda yayımlandı ki, ərazi üzrə Ekologiya və Təbii Sərvətlər İdarəsinin araşdırması zamanı ağacların kafedə təmir-tikinti işləri aparılan zaman kafenin sahibi Famil Səfərovun göstərişi ilə kəsildiyi və təbiətə 11 min 700 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Faktla bağlı 2 aprel 2025-ci il tarixində akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Hətta, kəsilmiş ağacların əvəzinə ərazidə yeni yaşıllıqların salınması üçün Nəsimi rayon İcra Hakimiyyəti və Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət edildiyi məlumatlarda qeyd olunub.

Bu xəbərin nə dərəcədə doğru olduğu barəsində heç bir fikrimiz yoxdur. Ən azından ona görə ki, bu boyda həngamədən ərazi üzrə ETSİ-nin xəbərsiz olduğu inandırıcı deyil. Axı sahibkarın aidiyyatı qurumların hansısa əməkdaşı ilə razılaşdırılmadan hansısa qanunsuz addım atması riskini gözə alması absurd görünür.

QEYD: "Memar əcəmi" metrostansiyası yaxınlığındakı ərazinin artıq hasara alındığı deyilir.

VİDEO: Əcəmidə qanunsuz işlər davam edir...

Xatırladaq ki, bu Nəsimi rayonunda, əsasən də "Memar Əcəmi" metrostansiyası yaxınlığında törədilmiş ilk qanun pozuntusu deyil. Bir neçə il əvvəl yaşıllıq ağaclarının kəsilərək yerində iaşə obyektləri və yaşayış binalarının inşa edildiyi barəsində mütəmadi məlumatlar dərc edib, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) rəsmi sorğular göndərirdik. Elə o, zamanlar da ETS naziri Muxtar Babayev idi, indi də ekologiya üzrə cavabdeh şəxs odur, dəyişən sadəcə vəzifənin adıdır. Görünən reallıq isə budur ki, Babayevin rəhbərlik etdiyi sahədəki qanunsuzluqlar öz axarı ilə davam edir.

Paytaxtın Nizami, Suraxanı, Binəqədi, Nəsimi, Səbail və digər rayonlarında, eləcə də bir çox bölgələrimizdə yaşıllıqların, şimal bölgələrində isə yaşıllıqlarla bərabər tarix boyu mövcud olan axar çayların daş və qum əldə etmək üçün məhv edilməsi, Daşkəsən rayonunda şəxsi məqsədlər üçün çay məcrasının dəyişdirilməsi - bir sözlə, ekologiyamızın süquta uğraması "Tərəqqi" medallı və "Şöhrət" ordenli Muxtar Babayevin sanki vecinə deyil.

"Ağanəzərəm, belə gəzərəm" prinsipini əsas götürən məmurlar - VİDEO

Daşdan pul çıxardanlar iş başında - "Uşaqda fərasətə bax" // VİDEO

6-7 illik ekonazir fəaliyyəti dövründə paytaxtın bir çox ərazilərində məhv edilmiş yaşıllıq zolaqları, bölgələrdə (Oğuz, Cəlilabad, Masallı, Samux və s.) boş torpaq sahəsinə çevrilən keçmiş (!) meşə əraziləri Muxtar Babayevin ölkə başçısının etimadını doğrultmadığı və onun fəaliyyətinin yuxarıda qeyd etdiyimiz təltiflərlə uzlaşmadığı gerçəyini də danılmaz edir.

Yeri gəlmişkən, yenə Nəsimi rayonunda Səməd Vurğun küçəsindəki uzun müddətdir hasara alınmış köhnə tikililərin olduğu (Neftçilər xəstəxanasının yaxınlığı) ərazidə də xeyli yaşıllıq ağacları artıq məhv edilib.



Diqqət edin !
Axar çaylar, meşələr məhv edilir, yaşıllıq ağacları kəsilir, qoruqlar qanunsuz olaraq gizlin şəkildə ov etmək istəyən ərəblərin ixtiyarına verilir, çirkab suları dənizə axıdılır və sair, və ilaxır...

Buvaxta qədər olan olub, heçolmasa son verilmiş olsaydı ümumiyyətlə bu mövzuya toxunmazdıq, amma nə yazıq ki, bu kimi hadisələr hər gün, hər həftə yenilənir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə qeyri-rəsmi fəaliyyətləri ilə əks olan rəsmi məlumatlarla cəmiyyəti yola verir.

Mövzunu davam etdirəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Son xəbərlər

Əliyev bizim regionda gərginliyin azaldılmasına töhfə verib

Azərbaycanda bu şəxslər 1500 manatadək cərimələnəcək

Balıqçılıq məhsullarının yeni satış qaydası

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Bacısına görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI

Yarımfinalda nəhənglər meydana çıxır...

"Atom bombası hazırlamağın vaxtı çatıb" - İranlı parlamentari

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi başlanır

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? –ŞOK detallar

İlham Əliyev Slovakiya Prezidenti ilə təkbətək görüşdü

Meksikada güclü zəlzələ

İran Hörmüzdə tankerlərə atəş açıb, ölən var

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb

21 yaşlı gənc ürəyindən bıçaqlandı

Bakının bəzi ərazilərində işıq olmayacaq

Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - 14.07.2026

Danışıqlara başlamağın vaxtıdır - Merz

“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar

Hava xəbərdarlığı: leysan olacaq, dolu düşəcək

Rusiyada Aİ-95 markalı benzinin qiyməti 24% artıb

ADY-nin NFC ödəniş sistemi sərnişinlərə problem yaradır - Narazılıq

Sabah son iclas olacaq, deputatlar tətilə çıxacaq

Dövlət şirkətində kütləvi ixtisar – 90-a yaxın işçi işini itirdi

3 gündür universitet kampusunda qalan tələbələr belə xilas edildi

Hikmət Hacıyev Şuşada "Tiktok" və "Linkedin"in məsul şəxsləri ilə uşaqların onlayn qorunması məsələlərini müzakirə edib

Layihələndirilən aqrar müəssisələr üçün YENİ ÖHDƏLİKLƏR müəyyənləşir

Oğuzda 28 yaşlı şəxsin meyiti tapıldı

Sabah 39 dərəcə isti olacaq

Azərbaycanda dövlət qurumu ləğv edildi

Bu şəhərə köçənlərə PULSUZ TORPAQ veriləcək

Bütün xəbərlər