Yaşıllıq düşməni Nəsimi başçısı meşəliyi məhv etdi, “Yaşam” tikməyə başladı - Foto

Bakının Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yaşıllıqlar məhv edilib
Fotosu sosial şəbəkədə paylaşılıb.
Ağacları kəsib, bina tikməyə hazırlaşırlar. Artıq ərazi hasarlanıb. Şəhərin mərkəzində meşəlik yox edilib, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev isə “qış yuxusuna” gedib.
Ərazi “Yaşam” tikinti şirkəti tərəfindən alınıb. Nəsimi İH-nin başçısı Asif Əsgərovun yaşıllıqların qənimi olduğu çoxdan bəllidir. Bəs, nazirlik niyə buna göz yumur?
M.Babayev pinqvin selofanların yığışdılmasına başlayıb ki, insanlara və təbiətə ziyanlı imiş. Bəs, metronun bir addımlığında illərlə əkilib böyüdülən şam ağaclarının kökündən qoparılıb qırılması daha ziyanlı hesab edilmirmi?
Hörmətli M.Babayev siz də sabiq nazir, Mircəfər Bağırovun qohumu Hüseynqulu Bağırovun yolunu getməyin. Bu cür hallara etirazınızı bildirin.
H.Bağırov ağacların hesabına Avropada ailə biznesi qurub, əmlaklar alıb. Siyahı bəllidir, mətbuatda yayılıb.
Cənab nazir M.Babayev, siz də bu yolu gedəcəksiniz? Axı sizə böyük ümidlər bəslənir?! Bir soruşmaq lazımdır ki, ay Nəsimi İH və onun rəhbəri hansı əsasla o yeri peşkəş eləmisən? Niyə yaşıllıqları məhv edirsən?
Deyəcəklər xəbərimiz yoxdur? Siz Allah bəsdirin, tikinti şirkəti ağacları kəsib bina tikir, İH-nin xəbəri olmaya bilərmi?
O ərazidə ağac soyqırımı həyata keçirməklə yanaşı binaların arasında nəfəs almaq üçün belə yer buraxmırlar. Bu qədər insanlığa və təbiətə düşmən kəsilmək olmaz. Bu vətən hamımızındır.
Amma məmurlar, A.Əsgərov kimi icra başçıları sərvət toplamaq naminə hər şeyi talan edirlər, satırlar, dağıdırlar. Axı sən də əbədi icra hakimi deyilsən, cənab Əsgərov?!
Oğlunun avtoqəzada bir gəncin həyatına son qoymağı azmış kimi, özün də yaşıllıqları tələf etməklə, qətlə yetirməklə məşğulsan.
Nəsimi rayonu, Memar Əcəmi metrostansiyasının arxasında təkcə Cavadxan 21,25,27,17, və 23 ünvanda, 5 yerdə bina tikinti aparılıb. Onlarla ağac məhv edilib. “Yaşam” 70-dən çox ağacı qırıb.
Son illərdə paytaxtın heç bir rayonuna qarşı belə amansız münasibət göstərilmir. Bir müddət əvvəl Xətai və Nizami rayonlarında ağaclara qənim kəsilən yerli icra hakimiyyətlərinin trendinə Nəsimi rayonu da qoşularaq onlardan geri qalmayıb.
Ona görə də şəhərin mərkəzi rayonu olan Nəsiminin yaşıllıqlarına "divan tutur", meşəlikləri qırdırır, satmağa boş ərazi qoymur.
Məsələn, bir müddət əvvəl 20 Yanvar küçəsində FHN-ə məxsus su anbarının üstündə qanunsuz tikinti aparılması, o cümlədən ərazidə yaşıllıqların qırılması sakinləri ayağa qaldırmışdı.
Onlar Nəsimi RİH başçısı Arif Əsgərovu ittiham edirdilər. Amma təkcə sözügedən küçənin sakinləri deyil ki…
Onun boş gördüyü əraziləri peşkəş etməsi, yaşıllıqları genosid edərək iş adamlarına satması, rayona tarla kimi baxması, inkişaf üçün bir addım atmaması göz qabağındadır.
Nəsimi rayonu 31 ünvanda köhnə yaşayış binalarının və digər obyektlərin sökülərək yerində yeni yaşayış kompleksinin tikilməsi üzrə işlərə başlanıldığını demək olar.
Nəsimi rayon Əlimardan bəy Topçubaşov küçəsi 88 və 90 ünvanında yaşayan sakinlərin aparılan pilot layihə ilə bağlı şikayət və iddiaları da kifayət qədər ilgincdir.
Sökülən evlərə müxtəlif məbləğdə kompensasiya təyin edilir. Bundan başqa tikinti şirkətinin nümayəndəsinin vətəndaşlara icra hakimiyyətindən onlardan 20 min manat rüşvət istəməsi bildirilir.
Mədəniyyət Nazirliyinə tabe olan, köhnə "Moskva" kinoteatrının qarşısında tikinti aparılırdı. Prezidentin belə tikintilərlə sərt xəbərdarlığından sonra onu yarımçıq saxladılar.
4-cü mikrorayon, Əliisgəndər İsgəndərov küçəsinin sakinləri yeganə olan yaşıllığın və istirahət bağının məhv edilməsinin qarşısını almaq üçün ayağa qalxmışdı. Yaşıllıqların yerində 12 mərtəbəli 3 yaşayış binasını Nəsimi RİH-in başçısı Asif Əsgərovun qardaşı tikdirirmiş.
Bu faktla iş bitmir. Nəsiminin icra başçısı Hüseynbala Əliyev küçəsində də təbiətə düşmənçilik etmişdi. "Çıxdıq yaşıllığı qorumağa, polisi tökdülər əraziyə, bizi kürüyüb tulladılar kənara, cavanları yığıb şöbəyə apardılar. Cahan.info
Bununla belə, səsimizi kəsə bilməyəcəklər, biz burda bina tikintisinə imkan veməyəcəyik"-sakinlər demişdilər.
"MİD 17" MTK ərazidə çoxmərtəbəli bina tikməyə başlayıb. Daha doğrusu, sakinlərin çabalarına baxmayaraq, artıq binanın özülü qazılıb.
Onlarla belə faktlar təqdim etmək olar ki, Nəsimi icra hakiminin ekologiyaya, oksigenə necə qənim kəsildiyinə şahidlik edəsən.
Sakinlər deyirlər ki, belə başçı olmaz olsun. Onlar prezidentin son dövrlər icra başçıları ilə bağlı etdiyi dəyişikliklər növbəsinin Nəsimiyə çatacağına ümid edirlər.
Nəsimi camaatı hesab edir ki, prezident operativ olaraq bu rayona müdaxilə etməlidir. Necə ki, Yasamalda 1000-dən çox ağac kəsən şirkət cəzalandırılmışdı.
İkincisi, Nəsimi Bakının gözünün işığıdır və mərkəzi rayondur. Yəni, Suraxanı, Binəqədi, Xəzər kimi ətraf rayonlar deyil, paytaxtın tən ortasıdır.


