Yaşıllıq düşmənləri: ağaclar kəsildikcə vicdanlar susur - VİDEO

Paytaxt Bakının Binəqədi, Nizami, Səbail, Sabunçu və digər rayonlarında yaşıllıqların məhv edilməsi artıq yeni xəbər deyil, sadəcə davam edən cinayətin müxtəlif ünvanlardakı təkrarlarıdır. Bu mövzunu illərdir yazırıq, danışırıq, göstəririk. Amma nə fayda? Ağaclar kəsilir, yerində tikanlı betonlar baş qaldırır. Qanunsuz tikinti adı ilə şəhərin nəfəsi boğulur, təbiət zorakılığa məruz qalır.

"dogruxeber.tv" olaraq təkcə Bakı ilə kifayətlənmədik. Tovuzda 2-ci Yanıqlı meşəbəyliyinin necə qırılıb yerində nə isə ucaldıldığını da göstərdik. Zərdabda Tuqay meşə zolağının necə amansızcasına məhv edildiyini sübut edən görüntüləri də təqdim etdik. Xaçmaz rayonunda şəhid İsmət Qayıbovun adını daşıyan məktəbin həyətindəki ağacların kəsilməsi isə daha bir iyrənc nümunədir – şəhid adının belə yaşıllığı qoruya bilmədiyi bir ölkə mənzərəsi!





Bu halın səbəbkarını uzaqda axtarmağa ehtiyac yoxdur. Hər dəfə ilk olaraq barmağımızı yerli icra hakimiyyəti başçısına uzadırıq və bu, tam yerində addımdır. Çünki həmin rayonların rəhbərliyini icra başçıları həyata keçirir və rayon ərazisindəki qanunsuzluqlardan ilk xəbərdar olanlar da elə onlardır. Bəzən susurlar, bəzən yönəldirlər, bəzən də birbaşa içində olurlar. Səbəbi isə sadədir: maraq. Pul marağı, şəxsi maraq, ya da "bizimkilərin" marağı.

Sonra isə nəzərlərimiz çevrilir Ekologiya və Təbii Sərvətlər Nazirliyinə. Bu qurum illərlə Muxtar Babayevin rəhbərliyi altında fəaliyyətsizlik və biganəlik nümunəsi olub. İndi isə qurum "başsız"dır – amma görünən odur ki, rəhbərliyin olub-olmaması bu sistemdə heç nəyi dəyişmir. Yaşıllıqlar yenə də doğranır, meşələr yenə də sahibsiz görünür.

Ən acınacaqlısı isə budur: kəsilən hər bir ağacın arxasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyinin “rəy”i durur. Daha doğrusu, Mirsalam Qənbərovun imzası. Bu adam təkcə idarə heyətinin sədri deyil, eyni zamanda öz bölgəsini – cənub rayonlarını – ailəvi iş yerinə çevirən bir “ekologiya mütəxəssisi”dir. Cəlilabad, Lənkəran, Masallı və daha neçə-neçə rayonda onun “qohum ekologiyası” nəticəsində nələrin baş verdiyini vaxtilə dogruxeber.tv yazmışdı. Görünür, həmin informasiyaları silmək üçün canfəşanlıqla çalışan bəzi “vəzifəli şəxslər” indi də yaşıllıqları silmək missiyasına girişiblər.

Vətəndaşların gözü qarşısında doğranan ağacların sayı günü-gündən artır. Kimi yol çəkilişi bəhanəsilə, kimi “sürüşmə təhlükəsi” adıyla, kimi də özəl obyekt tikintisi üçün yaşıllıqları sıradan çıxarır. Hər kəs bilir ki, ağacın kəsilməsi üçün “yuxarılardan” icazə alınmasa, bir mişar belə yerindən tərpənməz. Bəs bu qədər ağacın boynunu bükən kimdir? Sakitcə imza atanlar, görməzlikdən gələnlər, pay alanlar?

Bu ölkədə ağaclar kəsildikcə, sual verməyin mənası yoxdur. Çünki bu sualları eşidən qulaq yoxdur. Yalnız susqunluq və maraq var. Və ən acısı budur ki, ağacların kölgəsi ilə birgə vicdanın da kökü kəsilir...

"dogruxeber.tv" olaraq bildiririk ki, növbəti yazımızda Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərovun fəaliyyətinə güzgü tutacağıq və şəxsən onun imzası ilə həyata keçirilmiş “yaşıl cinayətlər” barədə araşdırmalarımızın nəticələrini təqdim edəcəyik.

Redaksiyamız hər kəsin cavab və izah haqqını tanıyır.

dogruxeber.tv

Binəqədi rayonunda qanunsuz tikintilər “toxunulmazların” nəzarətində böyüyür

Xaçmazda Şəhidin Adını Daşıyan Məktəbin Həyəti Kimə Satılıb? – Rəsmi Qurumlar Susur, Ekoloji Soyqırım Davam Edir

Ağstafada şəhərin mərkəzində "Yaşıl Terror" - Ekologiya və Təbii sərvətlər Nazirliyinin idarəsi hara baxır? // VİDEO + FOTO

Biləcəridə ağaclar kəsilib mebel sexlərinə verirlir? - FOTO + VİDEO

Nizami rayonunun Coşqun Cəbrayılov sınağı - VİDEO

"Ləvəngi" restoranının yanıda ağaclar kəsildi, yerində klinika tikilir: 11 saylı RETSİ rəsi "yaşıl terror"a nədən alət olur?

Bakıda kəsilən onlarla ağacın yerində qanunsuz TİKİLİ - 11 saylı RETSİ - nin rəisi onlarla öncə necə anlaşdı və...

ANA TƏBİƏT Məmmədov qardaşlarının DƏDƏ MALIDIR? - İTTİHAM VAR...

Masallının icra başçısı da TİKİNTİ XAOSUNA QOŞULDU: Ağaclar kəsildi və... - YERLİ EKOLOGİYA İDARƏSİ DƏ "ZÜY TUTUR"...

10 SAYLI EKOLOGİYA İDARƏSİNİN RƏİSİ AZƏR QULİYEV GƏNCƏDƏ TƏBİƏT “TERRORÇUSU” KİMİ TANINIB- VİDEO

Ekologiya sistemli şəkildə məhv edilir, amma heç kim məsuliyyət daşımır

Bu məmur gördüyü qanunsuz işləri "Prezidentin göstərişidir" deyə... - VİDEO

Son xəbərlər

“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib

İyul ayının pensiyaları ödənildi

Əliyev bizim regionda gərginliyin azaldılmasına töhfə verib

Azərbaycanda bu şəxslər 1500 manatadək cərimələnəcək

Balıqçılıq məhsullarının yeni satış qaydası

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Bacısına görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI

Yarımfinalda nəhənglər meydana çıxır...

"Atom bombası hazırlamağın vaxtı çatıb" - İranlı parlamentari

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi başlanır

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? –ŞOK detallar

İlham Əliyev Slovakiya Prezidenti ilə təkbətək görüşdü

Meksikada güclü zəlzələ

İran Hörmüzdə tankerlərə atəş açıb, ölən var

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb

21 yaşlı gənc ürəyindən bıçaqlandı

Bakının bəzi ərazilərində işıq olmayacaq

Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - 14.07.2026

Danışıqlara başlamağın vaxtıdır - Merz

“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar

Hava xəbərdarlığı: leysan olacaq, dolu düşəcək

Rusiyada Aİ-95 markalı benzinin qiyməti 24% artıb

ADY-nin NFC ödəniş sistemi sərnişinlərə problem yaradır - Narazılıq

Sabah son iclas olacaq, deputatlar tətilə çıxacaq

Dövlət şirkətində kütləvi ixtisar – 90-a yaxın işçi işini itirdi

3 gündür universitet kampusunda qalan tələbələr belə xilas edildi

Hikmət Hacıyev Şuşada "Tiktok" və "Linkedin"in məsul şəxsləri ilə uşaqların onlayn qorunması məsələlərini müzakirə edib

Layihələndirilən aqrar müəssisələr üçün YENİ ÖHDƏLİKLƏR müəyyənləşir

Oğuzda 28 yaşlı şəxsin meyiti tapıldı

Sabah 39 dərəcə isti olacaq

Bütün xəbərlər