Nizami rayonunun Coşqun Cəbrayılov sınağı - VİDEO

Nizami rayonunun Coşqun Cəbrayılov sınağı.

Paytaxtın ən "gəlirli", rəhbərlik üçün əlverişli rayonlarından birinin Nizami rayonu olduğu gerçəyi danılmazdır. Uzun zamandır ki, yerli saytlarda bunu bu cür də aşkar edən məlumatların ardı-arası kəsilmir. Əsasən də rayonun müxtəlif ərazilərində yaşıllıq ağaclarının məhv edilib yerində yaşayış evləri, yaxud iaşə obyektlərinin tikildiyi barəsindəki məlumatlar şanslı rayon rəhbərliyinin "qaz vurub, qazan doldurduğu"nu deyir. Bunu elə təkcə "Neftçilər " metrostansiyasının ətrafına nəzər saldıqda da aydın görmək mümkündür. Hətta, iş o, yerə çatıb ki, Novruz bayramı ərəfəsində Qara Qarayev prospektində 61 nömrəli tam orta məktəbin ərazisində ağacların kəsilib, yerində iaşə obyektinin tikintisinə başlanıldığına dair görüntülər paylaşıldı.

Bəli, Coşqun Cəbrayılov "sərgüzəştlər"i çoxşaxəlidir... Yazdıqca bitməz. Odur ki, çox uzatmadan, rayonun "səfasını sürən" icra başçısının, "gen-bol yararlandığı" rayonun sakinlərinə, xüsusilə də qazilərə, veteranlara münasibətinə diqqət çəkmək istəyirik.

Bir neçə gün əvvəl Nizami rayonu Cəmşid Naxçıvanski 6. mənzil 62 ünvanında 32 ildir kirayə yaşayan birinci qrup müharibə əlili Quliyev Atif Əyyub oğlu "dogruxeber.tv" informasiya agentliyinə müraciət edərək, rayon rəhbərliyinin laqeydliyi ucbatından cana doyduğunu bildirdi.

Qazi müraciətində qeyd edir ki, "Naxçıvan qeydiyyatında olsam da, 32 ildir geniş tərkibli ailəmlə birlikdə Nizami rayonu ərazisində kirayədə yaşayıram. İllərdir yaşadığım rayonun ərazisində mənə torpaq sahəsi ayrılması üçün dəfələrlə Nizami rayon icra hakimiyyətinə müraciət etmişəm. Bugünə qədər də müraciətlərim nəticəsiz qalıb. İcra hakimiyyətində mənə deyirlər, "başçı bu vəzifəyə gəlməyib ki, vətəndaşlara xidmət eləsin"."

Atif Quliyevin narazılıqlarını daha ətraflı öz dilindən aşağıdakı linkdə izləyək :



Qeyd edək ki, qazinin iddiaları ilə bağlı tərəfimizdən ötən həftə Nizami rayon icra hakimiyyətinə rəsmi sorğu göndərilib, lakin hələ də cavabsız qalıb.

Sizin bu uzunmüddətli susmağınızı necə qiymətləndirək, hörmətli Coşqun müəllim?

Rayonun ərazisində "görülən işlər" və Coşqun Cəbrayılov fəaliyyətinin görünməyən tərəfləri barəsində daha ətraflı növbəti yazımızda təqdim edəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Son xəbərlər

Şamaxıda dəhşət: kürəkəni tərəfindən öldürüldü

“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib

İyul ayının pensiyaları ödənildi

Əliyev bizim regionda gərginliyin azaldılmasına töhfə verib

Azərbaycanda bu şəxslər 1500 manatadək cərimələnəcək

Balıqçılıq məhsullarının yeni satış qaydası

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Bacısına görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI

Yarımfinalda nəhənglər meydana çıxır...

"Atom bombası hazırlamağın vaxtı çatıb" - İranlı parlamentari

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi başlanır

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? –ŞOK detallar

İlham Əliyev Slovakiya Prezidenti ilə təkbətək görüşdü

Meksikada güclü zəlzələ

İran Hörmüzdə tankerlərə atəş açıb, ölən var

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb

21 yaşlı gənc ürəyindən bıçaqlandı

Bakının bəzi ərazilərində işıq olmayacaq

Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - 14.07.2026

Danışıqlara başlamağın vaxtıdır - Merz

“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar

Hava xəbərdarlığı: leysan olacaq, dolu düşəcək

Rusiyada Aİ-95 markalı benzinin qiyməti 24% artıb

ADY-nin NFC ödəniş sistemi sərnişinlərə problem yaradır - Narazılıq

Sabah son iclas olacaq, deputatlar tətilə çıxacaq

Dövlət şirkətində kütləvi ixtisar – 90-a yaxın işçi işini itirdi

3 gündür universitet kampusunda qalan tələbələr belə xilas edildi

Hikmət Hacıyev Şuşada "Tiktok" və "Linkedin"in məsul şəxsləri ilə uşaqların onlayn qorunması məsələlərini müzakirə edib

Layihələndirilən aqrar müəssisələr üçün YENİ ÖHDƏLİKLƏR müəyyənləşir

Oğuzda 28 yaşlı şəxsin meyiti tapıldı

Bütün xəbərlər