gundem / dunya / sou / Mədəniyyət
15.02.2023
İranlı müğənni konsertindən əldə etdiyi gəliri onlara bağışladı
"dogruxeber.tv" İrna-ya istinadən bildirir ki, İranın tanınmış pop müğənnisi Rza Sadiqi çərşənbə axşamı Tehran Beynəlxalq Sərgi meydanında konsert verib. O, daha əvvəl bəyan etmişdi ki, konsertin ümumi gəliri İranın şimal-qərbində, Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində zəlzələdən zərər çəkənlərə ayrılacaq.
Konsert son zəlzələdə evlərini və yaxınlarını itirən insanlara başsağlığı vermək məqsədi ilə “Gülüşün Rəngi 3” adı altında keçirilib.
dogruxeber.tv
Nərgiz Elnurqızı


