DİN-dən ƏMƏLİYYAT: Saxlanılanlar var

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri ardıcıl əməliyyat tədbirləri ilə İranda yaşayan narkotacir vasitəsilə əldə etdiyi külli miqdarda müxtəlif növ güclü təsiredici xassəyə malik narkotik vasitələri paytaxt ərazisinə gətirmək istəyən və qanunsuz olaraq silah-sursat saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "dogruxeber.tv"a verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir zamanı Bakı şəhər sakin Elvin Süleymanov Biləsuvar rayonu ərazisində saxlanılıb. Ona məxsus idman çantasından 18 kiloqram, o cümlədən 5 kiloqram heroin, 4 kiloqram metamfetamin, 6 kiloqram tiryək, 2 kiloqram marixuana və 1 kiloqram həşiş qətranı aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxsin narkotik vasitələri satmaq məqsədi ilə Bakı şəhərinə apardığı müəyyən edilib.

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat tədbiri zamanı qanunsuz olaraq narkotik vasitə və odlu silah-sursat saxlamaqda şübhəli bilinən rayon sakini Asif Mayılov saxlanılıb. Ondan narkotik vasitə olan heroin, 1 ədəd “AK-74” markalı avtomat, 2 ədəd daraq və 30 ədəd patron aşkar olunaraq götürülüb.

Qeyd edək ki, Şöbə əməkdaşları tərəfindən son 1 ay ərzində keçirilən əməliyyatlar nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən ümumilikdə 19 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub.

Son xəbərlər

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Bütün xəbərlər