gundem / dunya
15.04.2023
Putinin səhhəti ilə bağlı iddia: Kimyaterapiya müalicəsi başladı
Rusiya prezidenti Vladimir Putinlə bağlı diqqətçəkən iddia ortaya atıldı... İddianın mənbəyi ABŞ- ın bir müddət əvvəl sızan gizli sənədləri və yazışmaları olduğu açıqlandı .
“dogruxeber.tv” Türkiyənin “hürriyet” qəzetinə istinadən xəbər verir ki, ABŞ və İngiltərə mətbuatında çıxan xəbərlərdə Rusiya lideri Putinin bir müddətdir xərçənglə mübarizə apardığı, kimyaterapiya müalicəsinə başladığı da iddia edilib.
Putinin müalicə alması ilə bağlı iddialara əlavə olaraq, Rusiya ordusunun zirvə adlarının bilərəkdən müharibəni uduzmaq planları qurduqları da ifadə edilib.
53 səhifəlik sənədlərdə bu çevrilişin arxasında Rusiya Milli Təhlükəsizlik Şurasının baş katibi Nikolay Patruşev və Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun durduğu bildirilir.
DogruXebr.az
Aytəkin Talıbqızı



