Repetitorluğu DİM qoruyur, yoxsa nazirlik? - AÇIQLAMA

Ölkədə repetitorluğun getdikcə daha böyük vüsət alması ümumtəhsil məktəbləri ilə bağlı mənfi rəy yaradır.

dogruxeber.tv: - Bu gün cəmiyyətdə “kölgə təhsili”nin ənənəvi təhsili üstələməsi fikri, sanki reallığa çevrilir. Hazırda şagirdlərin məktəbə getməsi sanki işçilərin “iş cədvəlinə imza atması” kimi qəbul edilir. Yəni şagirdlərin əksəriyyəti sadəcə orada olduğunu təsdiq etmək üçün məktəbə gedirlər. Təhsil almaq üçün isə günün ikinci yarısını repetitor yanında keçirməli olurlar.

Qeyd edək ki, mətbuatda Elm və Təhsil Nazirliyinin repetitor fəaliyyəti göstərən müəllimlərə qarşı tədbirlər görüləcəyi barədə məlumatlar yayılıb. Bugünlərdə isə elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycanda repetitor fəaliyyətinin ləğvi gündəm mövzusu deyil:

“Repetitor fəaliyyəti dünyanın heç bir yerində ləğv edilməyib. Hər bir insan övladını əlavə dərs üçün müəllim yanına qoya bilər. Yalnız sahibkarlıq fəaliyyəti kimi repetitorluğun hansısa iqtisadi yönləri tənzimlənə bilər. Gərək repetitorluğun necə olması ilə bağlı təkliflər də olsun ki, biz onu dəyərləndirək".

Əgər bu gün orta məktəblərdə təhsil səviyyəsi yetərincədirsə, niyə repetitorluq fəaliyyəti gündən-günə daha da genişlənir? Yaxud valideynin öz vəsaiti hesabına oxudaraq ali məktəbə qəbul etdirdiyi övladına görə “xal” niyə məktəbin adına yazılır? Bir halda ki, dövlət hər bir məktəbə və şagirdə təhsil müddəti boyunca vəsait ayırır, o zaman həmin vəsaitin bəhrəsi niyə özünü göstərmir?

Dia.az-ın məlumatına görə, təhsil məsələləri üzrə ekspert Elşən Qafarov bununla bağlı “Cümhuriyət”ə bildirib ki, elm və təhsil nazirinin repetitorluqla bağlı fikri tam həqiqətəuyğundur:

“Dünyanın heç bir ölkəsində repetitorluq Təhsil Nazirliyi tərəfindən idarə olunmur. Repetitorluğun iqtisadi tərəfləri tənzimlənir. Bu, o deməkdir ki, repetitorluq fəaliyyəti üçün lisenziya götürmək lazımdır. Yalnız bu lisenziyası olan şəxslər repetitorluqla məşğul ola bilərlər. Bu məsələ üçün də ilk növbədə cəmiyyət bunu tələb etməlidir. Biz repetitorluqla mübarizə deyiriksə, ilk növbədə araşdırmalıyıq ki, valideyn niyə övladını repetitor yanına qoyur. Bu gün valideyn övladını ona görə repetitor yanına qoyur ki, hansısa xarici dilləri öyrənməsini istəyir. Bu normaldır və dünyanın hər bir yerində də bu var. İkincisi, ali məktəbə qəbul olmaq üçün bu, dünyada çox az yayılmış bir haldır. Ancaq bizdə daha çox yayılıb. Bu da onunla bağlıdır ki, DİM-in keçirdiyi imtahan mexanizmi əlçatan deyil. DİM-in keçirdiyi bu imtahanlarda repetitor yanına getmədən uğur qazanmaq mümkün deyil.

Biz əgər repetitorluğun geniş yayılmış fəaliyyətini məhdudlaşdırmaq, minimuma endirmək istəyiriksə, bu, çox sadədir. DİM-də struktur və məzmun islahatı aparmaq lazımdır. Eləcə də DİM imtahan keçirən texniki bir quruma çevrilməlidir. Test hazırlamaq kimi səlahiyyətlər ondan alınmaldıır. Nəticə etibarilə bu gün məktəbi bitirən məzunların real bilik və bacarıqlarına uyğun olaraq qəbul imtahanları keçirilməlidir. Məktəbin nüfuzunun yenidən özünə qaytarılması, ali məktəbə qəbulun ümumtəhsil məktəbində keçirilən dərslər və proqram əsasında müəyyən olunması lazımdır və nəticədə repetitorluq minimuma enəcək. O zaman bütün şagirdlər yox, çox zəif olan şagirdlər repetitora üz tutatacaqlar. İndiki halda repetitorluqla bağlı yuxarıdan hansısa mübarizə aparmaq doğru deyil və mümkünsüzdür. Nazirin fikirləri ilə tam razıyam”.

Xatırladaq ki, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova repetitorluq fəaliyyəti haqqında düşünmədən öncə daha ciddi məsələlərin düşünülməli olduğunu deyib:

“Nəyə görə bizim məktəb, dərslik dillərimiz bu qədər çətindir. Nəyə görə sadə izah oluna biləcək məsələlər məsələn, kimya, fizika, riyaziyyatdan bu qədər çətin izah olunur ki, biz repetitora ehtiyac duyuruq. Eləcə də xarici dil fənni ilə bağlı daha çox şagir hazırlığa gedir. Bu kimi məsələlər müzakirə olunmalıdır. gün fizika, kimya, riyaziyyat uşaqların məşəqqətinə çevrilib. Dili, izahı çətindir. Uşaqlar dərsdə tam qavramadıqlarına görə, çıxış yolunu repetitorluqda görürlər. Biz buna köklü yanaşsaq, bəlkə bunu asanlaşdırmalıyıq ki, repetitorluğa ehtiyac qalmaz. Eləcə də ali məktəblərə qəbul məşəqqətli hala çevrilib. düşünürəm ki, qəbulu bu qədər çətin etmək olmaz. Biz ali məktəbə təhsilin növbəti pilləsi kimi baxmağa başlasaq, bu məsələlər düzələcək. Biz sanki ona “Suvrivivor” kimi baxırıq və qəbulu çətinləşdirmişik ki, onu əldə etmək çətin olsun. Dünyanın heç bir yerində belə deyil”.//dia.az

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər