Talesiz  təhsilimiz  onların  sayəsində  sürünməyə məhkumdur - VİDEO //  FOTO

Atalar deyir, - "Elm para ilə yox, çalışmaq ilə ələ gələr".

Son illərki fəaliyyətinə, həmçinin sosial medialarda yayılan məktəblərdə gizli çəkilmiş videolara baxanda görünür ki, dolayısıyla Azərbaycan təhsilində də "elm" çalışmaq ilə gəlir.

Məsələn, rüşvət qalmaqalı ilə gündəmə gələn Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində gizli lentə alınan görüntülərdə Pərvin adlı müəllimənin verdiyi şərhdən aydın anlaşılır ki, tələbə dərsə getməyib. O, müəllimin dili ilə desək "pırnıx sezonunda" başı işə qarışıb, ona görə dərsi buraxıb. İndi də "pırnıx sezonunda" qazandığı pulla qaibini sildirir. Demək ki, o da "elmi çalışmaqla almış olur".

Bundan əlavə, Bakıda 211, 161 nömrəli orta məktəblərdə baş verən korrupsiya halları barəsində "dogruxeber.tv" informasiya portalımızda, "Kanal14" YouTube kanalımızda dəfələrlə məlumatlarb yayımlasaq da 161 barəsində ümumiyyətlə tədbir görülmədi, 211 nömrəlidə isə direktorun yerini dəyişdirdilər, vəssalam...

194 nömrəli tam orta məktəbin direktorunun elektrik naqillərinin yenilənməsi üçün müəllimlərdən, pərdə, marker, A4 almaq üçün isə şagirdlərdən pul yığmasından danışdıq, Təhsil Nazirliyinin "tükü tərpənmədi".

İndi də televiziya kanallarından birində bir müddətdir İsmayıllı rayon 1 saylı orta məktəbin müəllimi Jalə xanıma qarşı həmin məktəbin direktor və müəllim heyətinin, eyni zamanda Regional təhsil idarəsinin birləşərək, qərəzli mövqe tutduğu müzakirə mövzusu olub.

Jalə xanımın bildirdiyinə görə 23 ildir həmin məktəbdə müəllim işləyir. Bu il yeni il şənliyində yolkanın üzərinin şəhidlərin şəkilləri ilə bəzədilməsinə - "rusun bayram atributuna mənim səhidim niyə bəzək olmalıdır?!", deyə etiraz etməsi qalmaqala səbəb olub. Həmin "bəzək"lər sonra yığışdırılsa da xanıma qarşı "qərəzli birləşmə" yaranıb və hərəkətə keçib. Hər halda xanımın özü belə iddia edir.

Maraqlıdır ki, xanım deyir, ona mütəmadi yaradılan məqsədli və süni problemlərə görə regional təhsil idarəsinin müdiri Elşən Əliyevə şikayət edib. Lakin, Rövşən Əliyev məsələyə müdaxilə etmək əvəzinə, xanımdan şikayət ərizəsindən bəzi iddiaları çıxarmasını istəyib. Təhsil Nazirliyinə etdiyi şikayətlərə isə bugünə qədər nazirlik tərəfindən heç bir reaksiya olmadığını deyir. Sonda əli dövlətin külli miqdarda maliyyə ayırdığı bu qurumun bütün səlahiyyətli nümayəndələrindən üzülən xanım, əksər çarəsiz vətəndaşlar kimi mediaya üz tutub.

Heç nə qədər "o ayrı qurumdur, icra hakimiyyətinə aidiyyatı yoxdur" desələr də icra başçısının "qoruduğu" müəllimləri, məktəb direktorlarını da az görmədik. Məsələn, həm Qazax rayon Ağköynək - Qarapapaq kənd bələdiyyəsinin sədri olub, həm də Ağköynək kənd tam orta məktəbində ingilis dili müəllimi işləyən Nəzakət Mansurovanı Rəcəb Babaşovun "qoruduğunu" bütün kənd sakinləri redaksiyamıza bildirmişdi. Elə səs yazılarında da Nəzakət Mansurovanın hər məsələdə başçıdan məsləhət aldığını öz dilindən biz də, izləyicilərimiz də eşitmişdik.

Sabirabad rayonunun Şəhriyar kənd orta məktəbi barəsində valideynlərin müraciətlərini də bir neçə dəfə yayımlamışdıq. Orada da köhnə hamam, köhnə tas...

Sabirabad demişkən, "Kanal14" YouTube kanalımızda Sabirabad rayonunun su, yol və digər problemləri barəsində dəfələrlə videomateriallar yayımlamışıq ki, bunlar da redaksiyamıza kənd sakinləri tərəfindən göndərilirdi. Həmin videomüraciətlərdən bəzilərini redaksiyamız göndərən Cavid Əliyev adlı Sabirabad sakini redaksiyamıza bildirdi ki, gəcə vaxtı ona özünü Ricay müəllim kimi təqdim edən bir şəxs zəng edib, su problemləri barəsində redaksiyamıza müraciət etdiyi üçün onu təhdid edib.

Cavid Əliyevin bu söylədiklərindən sonra elə "Kanal14"ün canlı efirində özünü Ricay müəllim kimi təqdim edən şəxsə zəng etdik. Özümüzü təqdim edib, məsələyə nə kimi aidiyyatı olduğunu soruşduq. Ağzı güclə söz tutan o adam - "Mənim televizorumun 820 manat qiyməti var, cəmi 12 kanal tutur, orda belə kanal yoxdur", dedi və söndürdü.



Elə canlı yayımı izləyən sakinlərdən bir neçəsi dərhal votsap vasitəsilə bizə yazdılar ki, Ricay adlı şəxs "Çöldəllək kənd orta məktəbində sənəd üzərində xarici dil müəllimi olsa da, gündə 5-6 manata müxtəlif şəxslərə məxsus təsərrüfat sahələrində çalışır və oradan aldığı pulla alkoqollu içkilər alıb içir. Bir sözlə, içki düşkünüdür. Onu məktəbdə görən yoxdur ".
Deyilənə görə, məktəbin direktoru da, Regional Təhsil İdarəsinin müdiri də bundan xəbərdardır.

Qeyd edək ki, sakinlərin redaksiyamıza bildirdiyinə görə, onun atası başqa bir kənd orta məktəbində direktor köməkçisi, yaxın qohumları da onun adı gedən məktəbdə müəllim işləyirlər. Ricay adlı şəxs içki düşkünü olduğu üçün atası da onunla danışmır.

Belə olan halda sual yaranır, Təhsil Nazirliyi belə birini nə deyə işə qəbul edib?.
Hansı məsuliyyətinə görə ona 10-larla şagird etibar edib?

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv
Jalə Asiman

Oxunub: 502

Son xəbərlər

Avropa Trampdan mesaj alıb - Rutte

TƏBİB-in icraçı direktoruna yeni müşavirlər təyin olundu

Ermənistan Rusiyanın peyki idi – Makron

Sabah 23 dərəcə isti olacaq

Sabah iki rayonda qaz təchizatı dayandırılacaq

Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb

Azərbaycanın qonşuluğunda dövlət başçısı dəyişdi

Turalbəy Mehdiyevə 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib

NİİM sürücülərə müraciət edib

“Mançester Yunayted” “Liverpul”u məğlub etdi, “Tottenhem” vacib qələbə qazandı

Kallas sabah Bakıya gələcək

Zelenskinin səfəri: Qordonun sözləri rezonans doğurdu

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” tədbiri keçirdi

Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ

Əhmədi görən olubmu? Maştağadan son məlumat

“AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub

Prezident İlham Əliyev İrəvanda sammitdə çıxış edəcək

“Medicare Hospitalı” lisenziya yoxdursa, bu fəaliyyət nədir?”

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.

Makron bununla bağlı İlham Əliyevə zəng edəcəyini dedi

Hörmüz boğazında Britaniya tankerinə ATƏŞ AÇILDI

Hökməli bələdiyyəsinin sədri Ramil Orucovun “MAKLERLİYİ” ifşa olundu: Torpaq satır,qanunsuz tikinti aparır?

İşdə xəsarət alan şəxs 6 gün sonra xəstəxanada öldü

FHN-i deputat Əlibala Məhərrəmzadənin qardaşının qanunsuz tikintilərini dayandırdı

Turistlər üçün riskli ölkələr: oğurluq halları daha çox harada qeydə alınır?

Cəmiyyətin inkişafında mühüm rol oynayan amillər: Elmi yanaşma və müasir çağırışlar

Bakıda tıxacların yaranmasına əsas səbəb nədir? – Problemin görünən və gizli tərəfləri

Lənkəranda çayxanada başlayan mübahisə qanla bitdi

Tramp İranın təklifini qəbul etmədi

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Bütün xəbərlər