gundem / Cəmiyyət
6.05.2023, 17:30
Aİ-də iPhone satışı qadağan edilə bilər. Səbəb nədir?
Avropa Komissiyasının nümayəndəsi Thierry Breton Apple-a xəbərdarlıq edib ki, şirkət sertifikatlaşdırılmamış USB-C kabellərinin doldurulma sürətini və digər funksiyalarını məhdudlaşdırarsa,
"dogruxeber.tv" MacRumors-a istinadən xəbər verir ki, iPhone-un Aİ-də satışı qadağan olunacaq.
Məlumatlara görə, 2023-cü ildə Apple iPhone 15-i təqdim edəcək ki, bu da digər şeylərlə yanaşı, Lightning əvəzinə USB-C konnektorunun olması ilə əvvəlki nəsil smartfonlardan fərqlənəcək. Çox güman ki, Apple bu dəyişikliyi elə edəcək ki, şirkətin cihazları 2024-cü ilin oktyabrında qüvvəyə minəcək yeni Aİ qanunvericiliyinə tam uyğun olsun.
Aksessuar satışından əldə edilən gəliri qorumaq üçün Apple-ın USB-C sertifikatlı kabelləri buraxdığı bildirilir. Sertifikatlaşdırılmamış kabellərdə məlumatların ötürülmə sürəti və ötürülən elektrik enerjisinin gücü məhdudlaşdırıla bilər ki, bu da əsasən smartfonların doldurulma sürətinə təsir edəcək.
Avropa Komissiyasının nümayəndəsi Thierry Breton Apple-a məktub göndərərək, şirkətə xəbərdarlıq edib ki, sertifikatlaşdırılmamış cihazların funksionallığını məhdudlaşdırarsa, yeni iPhone-ların satışı qadağan olunacaq. Düzdür, bu qadağa yalnız yeni qanunvericilik qüvvəyə mindikdən sonra, yəni 2024-cü ilin sonunda qüvvəyə minəcək.



