Öldürülən həkimin ərinin xəyanət videosunu kim yayıb? - Türkanın valideynlərindən açıqlama

Xəbər verdiyimiz kimi, tanınmış plastik-cərrah Türkan Gündüz əri, Türkiyə vətəndaşı, 1967-ci il təvəllüdlü Muhammet Gündüz tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

"dogruxeber.tv" xəbər verir ki, news24.az-a danışan Türkan Gündüzün atası qızının qətli ilə bağlı mühüm detalları açıqlayıb:

"Türkanın həyat yoldaşı bizim müəssisədə ocaqçı olub. Sadəcə olaraq, bizə yaxın yerdə kirayədə yaşayıb. Sonra da özünün bu tülkü variantı ilə qızımın qəlbini alıb. Mən subay oğlanam, beləyəm, eləyəm… Uşaq da 19 yaşında onu sevib. Mənim balam çox savadlı uşaqdır. Nəinki o, hər üç övladım ali təhsillidir. Ümumiyyətlə, bizim ailə ali təhsillidir. Uşaqlarımın hamısı yüksək səviyyədə təhsil alıb. Yoldaşım da ali savadlıdır, iki ixtisas sahibidir. Bu adam isə ocaqçı olub, heç peşə məktəbini də qurtarmayıb. Yetim bir ailənin uşağıdır. Bunların hamısını ailə qurandan bir neçə il sonra bilmişəm. Sonradan, nəvəm anadan olanda öyrəndik ki, bunun Türkiyədə ailəsi olub və boşanıb".

O, Türkanın Məhəmməd Gündüzün hesabına ali təhsil alması məsələsinə də toxunub:

"Bunların hamısı şayiədir. Qızımı özüm oxutdurmuşam. Gözümün qabağında müəllimlər hazırlaşdırıb. Həmişə deyirdim ki, savadlı həkim ol. Türkan dəfələrlə olimpiadalarda qalib gəlib. O, bu şəxslə tanış olanda Azərbaycan Tibb Universitetinin 3-cü kursunda təhsil alırdı. Qızım onunla ailə həyatı quranda 4-cü kursa keçmişdi. Eyni zamanda 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsində çalışırdı. Mətbuatda onun biznesmen olduğu ilə bağlı xəbərlər yayılır. Bunların hamısı yalandır. Onun əvvəlki ailəsindən üç uşağı olub. Biri intihar edib, o biriləri isə bu gün acından ölür. Biznesmenin şəxsi möhürü olur. Nə biznesmen? O, biznesmen deyil. Sadəcə, Türkiyə vətəndaşıdır. İcazəsi yox idi ki, burada torpaq alsın. Türkanın adına torpaqlar ala-ala ev tikməyə başladı. Onu da qeyd edim ki, Türkanla ailə qurandan sonra uzun müddət kirayədə yaşadılar. O, biznesmen idisə, imkanları elə qızıma qədər olardı da…"

Türkanın atası onların boşanma məsələsinə də toxunub:

"Türkan çox saf, xeyirxah idi. Qızım onun qulluqçu ilə xəyanətini görmüşdü və buna görə də İstanbulda boşanma ərizəsi yazmışdı".

Türkan Gündüzün anası Sevda Hacıyeva isə xəyanət videosunu özünün yaydığını bildirib: “O videonu özüm bilərəkdən yaydım. Qoy, qızımın nələr çəkdiyini hər kəs bilsin. Mənim balama şər atmasınlar. Qızım saf, təmiz, mərhəmətli qız idi”.

Sevda xanım sosial şəbəkədə yazılanların onu çox üzdüyünü də bildirib:

“Deyirlər ki, guya mən Türkanı dəfələrlə əri ilə barışdırmağa çalışmışam. Amma bu yalandır. Əksinə, mən onların evliliyinə qarşı olmuşam. Hətta qızım ona razılıq verdiyi üçün 6 ay onunla danışmadım. Qızımın o adama ərə getməsini heç zaman istəməmişəm. Məhəmməd atası ilə mənim qarşımda ağlayıb yalvardı ki, qızınızı sevirəm, evlənməyimizə icazə verin. Ondan sonra ürəyimiz yumşaldı, razılıq verdik”.

Oxunub: 452

Son xəbərlər

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

"Prezident Kuboku 2026" beynəlxalq reqatasına bu gün Mingəçevirdə yekun vurulacaq

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

Azərbaycanın sənaye müəssisəsinin mənfəəti 5 dəfə azalıb

ABŞ Avropada qoşun sayını azaldır - Tramp açıqladı

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

Bütün xəbərlər