Qışda palçıqdan, yayda tozdan keçilməz olan Füzuli küçəsi - FOTO

Şabranlıların yol problemini həll edən yoxdur.

"dogruxeber.tv" bildirir ki, bu sağı-solu evlərlə əhatələnmiş, yolu çala-çuxur dolu yer Şabranın mərkəzdən çox da uzaq olmayan Füzuli küçəsidir.

Bura Şabranın “Stansiya” adlanan ərazisində, şəhərin dəmiryolu vağzalının yaxınlığında yerləşir.

Sakinlərinin deməsinə görə, şəhərin ən qədim küçələrindəndir. Burada məskunlaşma 1940-1950-ci illərdən başlayıb.

80-dən çox evi olan küçənin 300-dən artıq sakininin bir problemi var – küçənin təmirsiz, baxımsız olması

Küçə sakinləri Meydan TV-yə ünvanladıqları müraciətlərində bildirirlər ki, şəhərdə yaşamalarına baxmayaraq, yağış yağanda ərazi ən ucqar kəndin yollarından betər olur. Palçığın, suyun içindən keçib getmək müşkülə çevrilir.

“Bazara gedirsən, yükün ağır olanda taksi tutmaq istəyirsən, maşınlar bu küçəyə gəlmək istəmirlər. Yayı su və palçıq olmur, amma bu dəfə də toz mövsümü başlayr. Toza görə pəncərə aça bilmirik. Bir maşın keçir, yaratdığı tozanaq bir neçə dəqiqə havada qalır. Ordan da evlərimizə, ciyərlərimizə çökür”, – küçə sakinləri bildirir.

Onların sözlərinə görə xəstə olanda təcili yardım çağırmaq da çətin məsələdir. Yollar bərbad olduğundan gələn maşın gecikir, yaxud kənarda saxlayıb gəlməli olurlar. Beləliklə də, xəstəyə ilkin tibbi yardım göstərməyə gecikirlər.
Sakinlərin bildirməsinə görə, dəfələrlə problemləri ilə bağlı aidiyyatı orqanlara müraciət ediblər. Lakin hər dəfəsində “sizin küçənin təmiri üçün büdcədən vəsait ayrılmayıb”, – cavabı alıblar.

Qışda palçıqdan, yayda tozdan keçilməz olan Füzuli küçəsi - FOTO

Şabran Rayon İcra Hakimiyyətindən yolların nə zaman düzələcəyi ilə bağlı bildirilib ki, rayonda indiyədək xeyli küçələrdə abadlıq işləri aparılıb, yollara asfalt örtüyü salınıb:
“Bu işlər növbə ilədir, yavaş-yavaş bütün təmirsiz, asfaltsız küçələrin problemi həll ediləcək”.

Şabran sakinləri bildirirlər ki, küçələri şair Məhəmməd Füzulinin adını daşıyır. Barı ona hörmət edib, bu küçənin təmirini gecikdirməsinlər:

“Həqiqətən küçəmiz çox acınacaqlı vəziyyətdədir. Gözdəniraq, diqqətdənkənar qalmışıq. Baxanda döyüş meydanlarındakı səngəri xatırladır. Hər il rayonun büdcəsinə abadlıq məqsədilə vəsait ayrılır. Bəzi küçələr təmir də olunur. Lakib illərdir nə köhnə icra başçıları, nə də indiki icra başçısı Asif Hüseynov məhz bu küçəyə asfalt çəkdirməyib”.

Qışda palçıqdan, yayda tozdan keçilməz olan Füzuli küçəsi - FOTO

Şikayətçilər bildirirlər ki, indiyədək bir neçə dəfə aralarında pul toplayıb küçəyə qum-çınqıl tökdürüblər. Lakin o da bir müddətdən sonra əvvəlki duruma düşüb.
“Üstəlik küçə işıqlandırılmadığından gecə küçə qaranlığa qərq olur”.

Şabranın Füzuli küçəsinin sakinləri tezliklə problemlərinin həll ediləcəyinə ümid bəsləyirlər.//siam.az

Son xəbərlər

Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər