Naxçıvan gömrüyündə YENİ QADAĞA - "Təhvil verməsin deyə, 4 ədəd enerji içkisini birdəfəyə içib"

dogruxeber.tv: - Sədərək Gömrük Keçid Məntəqəsi Türkiyədən enerji içkiləri gətirilməsi ilə bağlı yeni qayda tətbiq edib. Qaydaya əsasən, gömrüyü keçən vətəndaşlar Naxçıvana bir ədəd də olsun bu içkilərdən keçirə bilməz. Bundan əvvəl isə, hər kəsə 10 ədədə kimi icazə verilirdi. Vətəndaşlara tətbiq olunan qadağanın əksinə olaraq isə, bu işin monopliyasına nəzarət edənlər bu məhsulları tonla keçirə bilir.

Bu haqda “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat verib. Onlar deyir ki, qadağa ilə bağlı gömrükdə bildirş lövhəsi də asılıb.

Şərur rayon sakini Mahir Qurbanov deyir ki, gömrük işçiləri ondan çantasındakı 3 ədəd “Red Bull”u ya açıb içməyi, ya da atmağı tələb ediblər:
“Uzun illərdir Türkiyədə işləyirəm. Tez-tez gedib gəlirəm. İstanbuldan gələrkən hər dəfə 5-10 ədəd enerji içkisi alıram. Yoboyu içdiyimi içib, qalan 3-4 ədədi evə aparırdım. Heç kim söz demirdi 10 ədədə kimi. Bir neçə gün əvvəl Türkiyədən Naxçıvana gələrkən 3 ədəd “Red Bull” qalmışdı. Dedilər ki, qəti qadağandır. Ya geri qaytar, ya da at sonra gəl keç. Məcbur qalıb enerji içkilərini Türkiyəyə gedən tanışlara hədiyyə etdim”.

Kəngərli rayon sakini Bahadur Mustafayev isə deyir ki, gömrükdə təhvil verməsin deyə, 4 ədəd enerji içkisini birdəfəyə içib:

“ İğdırdan 4 ədəd almışdım ki, evdə gündə birini içərəm. Naxçıvanda eyni içkilər ikiqat baha satılır. Gömrük işçiləri dedilər ya aç iç, sonra keç, ya da burda qoy get. Bilirdim ki, orda qoysam, özləri götürüb ya içəcək, ya da evə aparacaqlar. Onlara qalmasın deyə, hamısını açıb, orada içdim, sonra gömrüyü keçdim. Əvvəl bir neçə ədədə söz demirdilər. Yeni gələnlər bu monopooiyanı da ələ keçirdikdən sonra bu qadağanı tətbiq etməyə başlayıblar”.

Məsələyə münasibət öyrənmək üçün Sədərək Gömrük Keçid Məntəqəsi ilə əlaqə saxladıq. Məntəqədön bütün növ enerji içkilərinə qadağa qoyulduğunu təsdiqləsələr də, bunun monpoliya ilə əlaqəli olduğu ittihamını rədd etdilər.

Oxunub: 251

Son xəbərlər

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir üçün materiallar alacaq

Bütün xəbərlər