gundem / Təhsil / Cəmiyyət
24.05.2023
Nazir İnam Kərimovun qardaşını Aparat rəhbəri TƏYİN ETDİ - FOTO
Mətin Kərimli Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri təyin olunub.
Bu barədə "dogruxeber.tv"a Nazirlikdən məlumat verilib.
Bildirilib ki, Mətin Kərimli 1999-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr fakültəsini bitirib.
2014-2020-ci illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olub. 2020-ci ilin yanvar ayından Beynəxalq Əmək Təşkilatının Sakit okean hövzəsi ölkələri üzrə ofisinin direktoru olub.
İngilis, fransız, rus və ispan dillərini bilir.
Qeyd edək ki, Mətin Kərimli Ali Məhkəmənin sədri İnam Kərimovun qardaşıdır.




