Azərbaycan ilk dəfə olaraq Beynəlxalq Nəqliyyat Forumunun prezidenti seçildi

Bu gün Almaniyanın Leypsiq şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrin nəqliyyat nazirləri, yüksək səviyyəli nümayəndə heyətləri və bir sıra beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə Beynəlxalq Nəqliyyat Forumunun (BNF) “Dayanıqlı iqtisadiyyatları təmin edən nəqliyyat” adlı Sammiti keçirilir.

"dogruxeber.tv" xəbər verir ki, sammit çərçivəsində keçirilən Nəqliyyat Nazirlərinin Şura iclasında Azərbaycan yekdil səslə 2025-2026-cı illər üçün tarixdə ilk dəfə BNF-in prezidenti seçilib.

Tədbirdə iştirak edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov çıxış edərək ölkəmizə yüksək etimad göstərildiyinə görə BNF-yə üzv dövlətlərin nümayəndələrinə dərin təşəkkürünü bildirib. Eləcə də Azərbaycanın BNF-yə prezidentliyi dövründə görüləcək işlər və prioritetlər barədə məlumat verib.

Rəhman Hümmətov, həmçinin Orta Dəhliz üzrə tranzit potensialının genişləndirilməsinə mühüm təsir göstərə və regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb ola biləcək Zəngəzur dəhlizi haqqında danışıb. Ölkəmizin yüksək nüfuza malik olan beynəlxalq təşkilata prezident seçilməsi bir daha Azərbaycanın regionda və dünyada, xüsusən də nəqliyyat sahəsində etibarlı tərəfdaş olduğunun təzahürüdür.

Beləliklə, ölkəmiz təşkilatın idarəetməsində birbaşa iştirak etmək imkanı əldə edib. Bu isə beynəlxalq müstəvidə ölkə maraqlarının, eləcə də sahəvi fəaliyyətlərə dəstəyin təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, 2022-ci ildə təşkilata müraciət olunaraq ölkəmizin 2025-2026-cı illər üçün Beynəlxalq Nəqliyyat Forumunun prezidentliyinə namizədliyi qeydə alınıb.

Azərbaycan 2025-2026-cı illər üçün BNF-in prezidenti seçilməsi ilə 2023-2024-cü illər üçün vitse-prezident, 2024-2025-ci illər üçün isə təşkilatın birinci vitse-prezidenti vəzifələrini icra edəcək.
Eyni zamanda ölkəmiz tərəfindən BNF-in “Beynəlxalq Daşıma Keyfiyyəti Xartiyası”nın tələblərinin daxili qanunvericiliyə inteqrasiyası prosesini başa vurması təşkilata üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilib.
Sammit çərçivəsində nazir müavini Rəhman Hümmətov Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi Yunq Ta Kim ilə ikitərəfli görüş keçirib. Görüşdə Azərbaycanın Prezidentiyi dövründə görüləcək işlər, eləcə də əsas əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Həmçinin bir sıra şirkətlərin rəhbərləri ilə keçirilən görüşlərdə tərəfdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

Qeyd edək ki, Beynəlxalq Nəqliyyat Forumunun 66 üzvü var. Azərbaycan Respublikası 1998-ci ildən BNF-in həqiqi üzvüdür.

Azərbaycan ilk dəfə olaraq Beynəlxalq Nəqliyyat Forumunun prezidenti seçildi

Azərbaycan ilk dəfə olaraq Beynəlxalq Nəqliyyat Forumunun prezidenti seçildi

Azərbaycan ilk dəfə olaraq Beynəlxalq Nəqliyyat Forumunun prezidenti seçildi

Oxunub: 265

Son xəbərlər

Prezidedent latviyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb

Bakıda şirkətdən 11 min manatlıq oğurluq edilib

55 mindən çox şagird imtahan verəcək

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Britaniyada bu şəxslər siqaret ala bilməyəcəklər

Avtomobillərin təmiri üçün 49 min manatlıq müqavilə

Venesuelada həbsxanada üsyan oldu - Ölənlər var

Güləşçilərimiz Avropa çempionatının finalına yüksəliblər

ABŞ İraqa dollarla nağd pul göndərişlərini dondurub

Latviya Prezidenti Azərbaycana gəldi

“Bu verilişlərin bağlanmasını alqışlayıram”

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Bütün xəbərlər