“Kərəm Mustafayevin qardaşının villasında işləyən fəhlə yıxılıb öləndə ona şəhidlik statusu verilir, amma…” - ETİRAZ VAR!

dogruxeber.tv: - Naxçıvan şəhəri, Ordubad rayonu, Vənənd kənd sakini Məmmədov Məzahir Fazil oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, oğlu döyüş təlimi zamanı hərbi hissədə vəfat etdiyi halda, ona şəhidlik status verilmir:

"Mən, Ordubad rayonu, Vənənd kənd sakini Məmmədov Məzahir Fazil oğlu, yazaraq bildirirəm ki, oğlum Məmmədli Fazil 29.06.2022-cı ildə Naxçıvanın N saylı hərbi hissəsində döyüş təlimi zamanı, hərbi əmri yerinə yetirərkən faciəli şəkildə şəhid olmuşdur. Yas mərasimində hərbi qulluqçular 4 gün iştirak etmişdir. Mərasim vaxtı iştirak edən 15-ə yaxın hərbçi mənə deyirdi ki, oğlunuz şəhid olub. Bayrağı mənə təqdim edərkən də bildirdilər ki, bayrağı qəbul edin, oğlunuzun şəhidlik sənədləri də komissarlığa göndəriləcək.

Mərasimin 40-cı günü hərbi komissar zəng edib, məni komissarlığa cağırdı. Mənə arayış təqdim etdi və dedi ki, bu arayışa əsasən oğlunuza şəhidlik status düşmür. Həmin arayışı da götürüb, oğlumun qulluq etdiyi N saylı hərbi hissəyə üz tutdum. Hərbi hissənin komandiri Umman adlı zabit mənə dedi ki, general-polkovnik Kərəm Mustafayev nə desə, odur.

Ailəmlə birgə Ordu qərargahına getdik. Orada bizi general Rəhim Cəfərov qəbul etdi. Yas mərasimi vaxtı bu insan bizə demişdi ki, oğlunuz şəhiddir. Qəbulda isə tam fərqli danışaraq, “oğlunuza şəhidlik düşmür” dedi. Daha sonra məni və bacılarımı təhqir edərək otaqdan çıxmamızı tələb etdi. Bacılarım uşağın haqqını tələb edib, otaqdan çıxmadıqda, məni kənara çəkib dedi ki, “get Kərəm paşanın qəbuluna, onu razı sal, o, desə şəhiddir, biz sənədləri hazır edərik”.

“Kərəm paşa”nın qəbulu zamanı dedi ki, oğluna şəhidlik düşmür, hara istəyirsən get şikayət et. Sonradan bəzi hərbçilərlə görüşəndən sonra aydın oldu ki, bu, “Kərəm paşa” nəyi necə istəyirsə, elə də qərar verir. Qorxudan da heç kəs səsini çıxara bilmir. Bu hadisələrdən sonra hərbi hissəni İnzibati Məhkəməyə verdim, 10 ay məhkəmə prosesi getdi. Mənim “Kərəm paşa”dan tələb etdiyim sənədləri məhkəməyə gətirmədilər. Səbəb isə, “hərbi sirrdir” dedilər.

Naxçıvandakı hərbi hissədəkilərin hamısı Kərəm Mustafayevin şəxsi ordusudur. Öl desə, ölərlər.

Kərəm Mustafayevin qardaşının villasında işləyən fəhlə yıxılıb öləndə, ona şəhidlik statusu verilir. Amma mənim oğlum hərbi əmri yerinə yetirərkən vəfat etdiyi halda şəhidlik verilmir”.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.//Dia.az

Oxunub: 420

Son xəbərlər

Azərbaycanın qonşuluğunda dövlət başçısı dəyişdi

Turalbəy Mehdiyevə 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib

NİİM sürücülərə müraciət edib

“Mançester Yunayted” “Liverpul”u məğlub etdi, “Tottenhem” vacib qələbə qazandı

Kallas sabah Bakıya gələcək

Zelenskinin səfəri: Qordonun sözləri rezonans doğurdu

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” tədbiri keçirdi

Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ

Əhmədi görən olubmu? Maştağadan son məlumat

“AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub

Prezident İlham Əliyev İrəvanda sammitdə çıxış edəcək

“Medicare Hospitalı” lisenziya yoxdursa, bu fəaliyyət nədir?”

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.

Makron bununla bağlı İlham Əliyevə zəng edəcəyini dedi

Hörmüz boğazında Britaniya tankerinə ATƏŞ AÇILDI

Hökməli bələdiyyəsinin sədri Ramil Orucovun “MAKLERLİYİ” ifşa olundu: Torpaq satır,qanunsuz tikinti aparır?

İşdə xəsarət alan şəxs 6 gün sonra xəstəxanada öldü

FHN-i deputat Əlibala Məhərrəmzadənin qardaşının qanunsuz tikintilərini dayandırdı

Turistlər üçün riskli ölkələr: oğurluq halları daha çox harada qeydə alınır?

Cəmiyyətin inkişafında mühüm rol oynayan amillər: Elmi yanaşma və müasir çağırışlar

Bakıda tıxacların yaranmasına əsas səbəb nədir? – Problemin görünən və gizli tərəfləri

Lənkəranda çayxanada başlayan mübahisə qanla bitdi

Tramp İranın təklifini qəbul etmədi

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Bütün xəbərlər