Xəzər rayon icra başçısı ÖZBAŞINA QALIB... - BUNUN BAŞQA ADI YOXDUR...

dogruxeber.tv: - Bura Buzovna qəsəbəsində yerləşən Zuğulba çimərliyidir. Dəniz sahili boyunca çimərlik açıq olsa da, ərazidə çəkilmiş bu dəmir hasarlara görə, insanların dənizdən istifadəsi müşkülə çevrilib.

İyunun 15-dən Azərbaycanda dəniz mövsümü başlayıb. Amma mövsüm hələ başlamadan Buzovna sahilləri üçün dənizə giriş məhdudlaşdırlıb.

Əvvəllər dənizkənarı Buzovna sakinlərinin bir addımlığında idisə, indi sakinlər dincəlmək üçün 500 metr, bəlkə də daha çox məsafə qət etməlidir. Hələ 10 ay öncə prezident İlham Əliyev Buzovna qayalarında törədilən qanun pozuntularından danışmışdı.

Buzovna sakinləri aidiyyatı qurumların məsələyə laqeyd qalmalarına diqqət çəkirlər. Hasarlanmış ərazidə yerləşən “Glam Beach” istirahət mərkəzinə giriş 8 manatdan başlayır. Çəkiliş zamanı Toplum Tv əməkdaşlarına yaxınlaşan, özünü hasarlanmış ərazidəki sözügedən istirahət mərkəzinin nümayəndəsi kimi təqdim edən, əslən türkiyəli, Mehmet adlı şəxs müsahibə verməyə razı olmadı. Amma jurnalistlərlə söhbəti zamanı dedi ki, hasarlanmış ərazinin çıxarışı var.

Mehmet bəyin təsvir etdiyi kimi “ 50 metr sağa gedib, hasarın çıxışına çatmaq üçün təxminən 1000 metrə yaxın yol getdik. Hasar bitəndən sonra vardığımız ərazi isə yerli sakinlərin üzməyə deyil, balıq tutmağa gəldikləri yer idi.

Hüquqşünas Səməd Rəhimli deyir, Xəzər dənizinin Azərbaycana mənsub olan 20-50 metrlik zolaqda yerləşən torpaq sahəsi torpaq məcəlləsinin 46-cı maddəsinə uyğun olaraq su fondu torpaqları sayılır və dövlət mülkiyyətində olan torpaqlar sayılır. Həmin torpaq sahəsi dövlət mülkiyyətində olduğu üçün özgəninkiləşdirilə bilməz.

Toplum Tv hasarlanan çimərliklərlə bağlı Bakı şəhəri icra hakimiyyəti ilə əlaqə saxlayıb. Qurumdan bildirildi ki, məsələyə Xəzər rayon icra hakimiyyəti cavabdehdir. Lakin Xəzər rayon icra hakimiyyətinə edilən zənglər cavabsız qalıb.//Toplum TV

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər