gundem / dunya
28.06.2023
Makron "oğlum iş tapa bilmir" deyən qadına belə cavab verdi
Fransa prezidenti Emmanuel Makronun qadına verdiyi cavab sosial şəbəkədə müzakirələrə səbəb olub.
"dogruxeber.tv" xarici KİV-ə istinadən xəbər verir ki, vətəndaşlardan biri Fransa liderinə oğlunun iş tapa bilməməsi haqqında bildirib. Makron cavabında qadına deyib: "Sənə söz verirəm, bu axşam sizinlə köhnə limanda gəzintiyə çıxsaq, əminəm ki, 10 iş elanı görəcəyik".
Makronun cavabı ictimaiyyət və həmkarlar ittifaqı tərəfindən böyük tənqidlərlə qarşılanıb.



