gundem / Cəmiyyət
30.06.2023
32 nəfərə qədər video zəngləri dəstəkləyəcək
Meta WhatsApp-ı təkmilləşdirməyə davam edir. Keçən aylarda iOS və Android üçün 32-yə qədər video zəngi dəstəkləyən funksiyanı açıqlayan şirkət, indi istifadəçilərə Windows tətbiqi vasitəsilə bu xüsusiyyətdən istifadə etmə imkanı verəcək.
WhatsApp, Windows tətbiqi vasitəsilə kontaktlara və qruplara video zəng etmək imkanını sınaqdan keçirir.
"dogruxeber.tv" Wabetainfo-ya istinadən xəbər verir ki, “WhatsApp”ın “Windows” tətbiqi Beta istifadəçilərinə video zəng kontaktları və 32 nəfərəlik qruplar üçün funksiyanı təqdim edib.
Daha əvvəl iOS və Android üçün bu funksiyaları təqdim edən WhatsApp-da indi istifadəçilərin Windows tətbiqi vasitəsilə 32 nəfərə qədər video zəng edə bildiyi qeyd edilib.
Xəbərdə masaüstü tətbiqi üçün buraxılacaq yeni funksiyaların da açıqlanacağı da bildirildi.
dogruxeber.tv
Jalə Asiman


