gundem / hadise / dunya / Cəmiyyət
5.07.2023
Rusiyada yenidən qarayara yoluxma halları aşkarlanıb
"dogruxeber.tv" Pravda.com.ua-ya istinadən xəbər verir ki, Rusiya Tuvasında 4 nəfərdə qarayara diaqnozu qoyulub.
Təfərrüatlar: Agentlik bildirir ki, at ətində qarayara xəstəliyinin törədicisi aşkar edilib. İlk xəstə iyunun 30-da 24 yaşlı kişi olub. İyunun 24-nə keçən gecə dostuna qonaq gedir, orada atı kəsirlər. Cəmidin kəsilməsində və emalında dörd nəfər iştirak edib, sonra atın daxili orqanlarını qaynadıb yeyiblər.
Ümumilikdə təsərrüfatda 74 baş at, 34 baş iribuynuzlu mal-qara, iki baş xırdabuynuzlu mal-qara, altı it və altı pişik saxlanılır.
Xatırladaq ki , mart ayında Çuvaşiyada və Moskva vilayətində qarayara xəstəliyinə yoluxma halları aşkar edilib.
dogruxeber.tv
Fatimə Kamalqızı


