gundem / siyaset / iqtisadiyyat / dunya
17.07.2023
Avropa Şurasının rəhbəri Mişel BMT-nin himayəsi altında taxıl sazişinin uzadılmasına çağırıb
Avropa Şurasının rəhbəri Çarlz Mişel BMT baş katibinin Qara dəniz taxıl təşəbbüsünün davam etdirilməsinə nail olacağına ümid etdiyini bildirib.
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bazar ertəsi taxıl müqaviləsinin başa çatacağını bildirib və qeyd edib ki, Rusiya sazişin Rusiya hissəsi tamamlanan kimi dərhal onun icrasına qayıdacaq.
“BMT-nin baş katibi Antonio Qutereşin vasitəçiliyi ilə əldə edilmiş Qara dəniz taxıl sazişi xüsusilə ən həssas dövlətlər üçün çox vacibdir. Aİ həmrəylik marşrutları ilə birlikdə bu sövdələşmə ən çox ehtiyacı olan dövlətləri taxıl, gübrə ilə təmin etməyə kömək edir... Ona görə də biz Qutereşin bu sazişin davam etdirilməsini təmin etmək üçün bütün səylərini dəstəkləyirik”, - deyə Mişel Brüsseldə bildirib.
dogruxeber.tv
Kamal Əsgərov


