İran Həddindən artıq istilər və elektrik enerjisi çatışmazlığı səbəbindən tətili uzadıb

"dogruxeber.tv" Terantimes-a istinadən bildirir ki, İran elektrik enerjisi çatışmazlığına cavab olaraq dövlət işçilərinə elan etdiyi tətili uzatmağı planlaşdırır, çünki ölkə daxilində temperatur 40 ilə 50 dərəcə arasında dəyişir.

İran mediası hökumət sözçüsü Əli Bahadori Cəhromidən sitat gətirib: "Kabinet səhiyyə nazirliyinin ictimai sağlamlığı qorumaq üçün çərşənbə və cümə axşamı günlərinin bütün ölkədə bayram elan edilməsi təklifi ilə razılaşdı".

Səhiyyə Nazirliyinin sözçüsü son günlərdə istiliklə bağlı xəstəliklərin sayını "narahatedici" adlandırıb.

İyun ayında İran elektrik enerjisinə qənaət etmək üçün dövlət işçilərinin yay iş vaxtını dəyişdirib.

İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı Tasnim xəbər agentliyinin məlumatına görə, səhiyyə nazirliyi istilərin insanların sağlamlığına təhlükə yaratdığına qərar verərsə, bayram uzadıla bilər.

Birləşmiş Millətlər Universitetinin Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun direktoru, professor Kaveh Mədəni bildirib ki, su ehtiyatlarının sıradan çıxması, elektrik enerjisi və qaz çatışmazlığı dayanma və qapanmalarla həll edilə bilməz.

Mədəni bundan əvvəl İranın keçmiş prezidenti Həsən Ruhaninin yanında Ətraf Mühitin Mühafizəsi Təşkilatının müavini vəzifəsində çalışıb. SEPAH-a bağlı medianın ona qarşı təhlükəsizlik ittihamları yaymasından sonra o, İranı tərk etmək məcburiyyətində qalıb.

Mədəni dedi ki, yüz bənd tiksən belə, yaxşı idarə olunmasa, su qıtlığı olacaq.

O əlavə edib ki, İranın qaz iflasının kökləri onun su iflasının kökləri ilə çox oxşardır, lakin su və enerji sektorlarında mühüm fərq var: İranın suyu təbii olaraq məhduddur, lakin ölkə dünyanın ən böyük təbii qaz ehtiyatlarından birinə malikdir.

dogruxeber.tv
Jalə Asiman

Son xəbərlər

Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər