Fars-molla rejiminin xəfiyyəsi Fəridə TORBANI BELƏ TİKİB... - TƏFƏRRÜAT

dogruxeber.tv: - “Fəridlə avqustun 17-də danışdıq. Hakim son məhkəmə olmadan, Fəridə son söz vermədən, öz kabinetində 2 il həbs hökmü çıxarıb”.

Bu barədə “Yeni Müsavat”a İranda casusluq ittihamı ilə saxlanılan Fərid Səfərlinin anası Dilarə Əsgərova bildirib. O qeyd edib ki, Fərid artıq qərarı məktub şəklində alıb. Fərid qərarla razılaşmır, heç bir sübut olmadan bu cəzanın verilməsini qəbul edə bilmir.

D.Əsgərova hökmün verilməsi üçün hakimin istinad etdiyi “sübutlar” barədə də məlumat verib:

“Birincisi, Fərid İranda tutduğu evin kirayə pulunu avro ilə ödəyib və bununla da İran ərazisində qeydiyyata düşmək istəməyib. Halbuki bunu ev yiyəsi təklif edib ki, avro ilə də ödəniş edə bilərsən.

İkincisi, Fəridin kirayə tutduğu evə İrandan çıxmağa 4-5 gün qalmış gizli kamera quraşdırılıb və qızla ingiliscə olan danışıqlar qeydə alınıb. Məhkəmədə həmin səs yazıları və bu səsin farscaya tərcüməsi səsləndirilib, Fəridin deməsinə görə səs yazısında əslində heç bir sübut yoxdur, sadəcə tərcümə çox ciddi təhrif olunub.

Məsələn, Fərid internetin zəifliyindən mənimlə əlaqə saxlaya bilməməsindən qıza gileylənib, bunu məhkəmədə fars dilində Fəridin İranda kiminləsə görüşə bilməməsi kimi elan ediblər. Ona görə Fəridlə İranda başqa tərcüməçi tutub materialı yenidən tərcümə etdirməyə qərar verdik.

Üçüncüsü, Fərid guya 2022-ci ildə İrana alman nömrəsi ilə 22 dəfə zəng vurub. Fərid bu iddianı rədd edib və bu zənglərin çıxarışını tələb edib . Ona bildirilib ki, xarici zənglərin çıxarışını çıxartmaq mümkün deyil. Fərid sual verib ki, bəs haradan bildiniz ki, bu nömrələrə mən zəng etmişəm. Təbii ki, qaneedici cavab almayıb".

Ana qeyd edir ki, vəkilin hakimlə görüşü zamanə hakim qeyd edib ki, məhkəmə zamanı Fəridin özünü dikbaş, yəni günahkar deyil, tələbkar kimi aparması onun xoşuna gəlməyib: “Sən bir məsum gəncin həyatını cəhənnəmə döndər və ondan özünə qarşı normal rəftar gözlə. Nə qədər anormal bir yanaşmadır. Bu ədalətsiz hökm məni çox ağrıdır. İllərini ver təhsil al, dillər öyrən, peşəni təkmilləşdir, çoxdan arzuladığın bir iş təklifi al , işə başlayana qədər gedib sevdiyinlə görüşməyi planla, axırda səni belə şərləsinlər.

Fərid sonda mənə dedi ki, SEPAH-ın zindanında yaşadıqlarına baxmayaraq, ( nə qədər təkid etdimsə də bu haqda danışmayacağını bildirdi), çıxandan sonra bütün bunları unutmağa çalışacaq və həyatında yenidən hər şeyi yoluna qoyacaq".

Yada salaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli bu il fevralın 20-də İrana səfər edib. Martın 4-dən bəri isə ondan xəbər almaq mümkün olmayıb. Sonradan məlum olub ki, Fərid Səfərli İranda həbs olunub.

19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər