gundem / siyaset / dunya
22.08.2023
Aİ Ukraynaya yenidən 1,5 milyard avroluq əlavə tranş göndərib
Avropa İttifaqı cari il üçün Ukraynaya makromaliyyə yardımı proqramı çərçivəsində Kiyevə 1,5 milyard avro həcmində yeni tranş göndərib.
"dogruxeber.tv" ntv.ru-ya istinadən bildirir ki, 1,5 milyard avroluq növbəti tranşı Aİ-nin makromaliyyə proqramı çərçivəsində Ukrayna alacaq.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, - "Bu gün biz Ukraynaya yeni 1,5 milyard avro ödədik" - deyə bildirib.
Onun sözlərinə görə, bu vəsaitlər ölkənin Rusiya ilə münaqişə kontekstində fəaliyyətini saxlamağa yönəlib.
- “Biz Ukraynanı dövlətin iş qabiliyyətini bərpa etmək və saxlamaq səylərində dəstəkləyirik”, o əlavə edib və Aİ-nin Ukrayna ilə həmrəy olduğunu vurğulayıb.
Avropa İttifaqı Ukraynaya 2023-cü il üçün 18 milyard avro məbləğində makromaliyyə yardımı proqramını razılaşdırıb.
dogruxeber.tv
Jalə Asiman



