Məhkəmə-Hüquq Şurasının adından saxta sənədlər hazırlayan şəxs İFŞA EDİLDİ

Məhkəmə-Hüquq Şurasının və məhkəmənin adından saxta sənədlər hazırlayan şəxs ifşa edilib. 

"dogruxeber.tv" xəbər verir ki, bu barədə Şuradan məlumat verilib. 

Bildirilib ki, vətəndaş S.Cabbarova tərəf olduğu mülki işlə bağlı Məhkəmə-Hüquq Şurasına müraciət edərək Zöhrab Lətif oğlu Paşayevin ona qarşı qanunsuz əməllərə yol verdiyini, məhkəmədə işinin həllinə köməklik göstərilməsi müqabilində ondan xeyli miqdarda pul vəsaiti aldığını, habelə həmin şəxsin ona Məhkəmə-Hüquq Şurasının və Bakı Apellyasiya Məhkəməsinin adından tərtib olunmuş məktublar verdiyini bildirib. Göstərilən halların araşdırılması üçün müvafiq müraciət və təqdim edilmiş sənədlər Məhkəmə-Hüquq Şurasının Aparatı tərəfindən hüquq mühafizə orqanlarına göndərilib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılmış araşdırmalar zamanı Azərbaycan Respublikası vətəndaşı, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 (dələduzluq, təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 310 (özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi) və 320.1-ci (rəsmi sənədləri qanunsuz hazırlama) maddələri ilə məhkum edilmiş və məhkumluğu ödənilməmiş Zöhrab Paşayevin 2022-ci ilin noyabr ayından etibarən yenidən özünü vəzifəli şəxs kimi təqdim etməklə ayrı-ayrı vətəndaşlara məhkəmə işlərinin həllinə, adlarına əmlakların rəsmiləşdirilməsinə kömək edəcəyi barədə yalan vədlər verməsi, onların inamını qazanmaq məqsədilə xüsusi qaydada QR kodlar hazırlayıb yerləşdirməklə Məhkəmə-Hüquq Şurasının, məhkəmələrin və digər dövlət orqanlarının adından saxta sənədlər hazırlayıb təqdim etməsi və bununla da vətəndaşların pul vəsaitlərini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Başlanılmış cinayət işi üzrə Zöhrab Paşayev Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 320.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub.

"Bildiririk ki, bundan sonra da Məhkəmə-Hüquq Şurasının, məhkəmələrin, habelə hakimlərin adından istifadə edərək, qanunsuz əməllərə yol verən şəxslər barəsində müvafiq tədbirlər görülməsi üçün zəruri addımlar atılacaq. Eyni zamanda vətəndaşlara tövsiyə edilir ki, hüquqi yardımın göstərilməsi ilə bağlı yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada həmin fəaliyyətlə peşəkar qaydada məşğul olan şəxslərə və ya qurumlara müraciət etsinlər", - məlumatda vurğulanıb.

Son xəbərlər

Deputatlar yekdilliklə dəstəklədilər: Parlament buraxılır

Merts: Ukraynada müharibəni dayandırmağın iki yolu var

Karapetyana qarşı iş açıldı

Almaniyada yoxsulluq zirvəyə çatdı

“Ayaks” ispaniyalı baş məşqçi ilə anlaşdı

Azərbaycan Mərkəzi Bankının rəhbərliyinin əmək haqqı xərcləri 45 % artıb

Özbəkistan və Finlandiya rəqəmsal nəqliyyat və ağıllı mobillik sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər

Bakıdan Türkiyəyə qatarla gediş-gəliş başladı

Bazarda şok qiymət artımı: Mühərrik yağları 30 faiz bahalaşdı

"Ermənistanı Ukraynanın taleyi gözləyir" - Volodindən XƏBƏRDARLIQ

“AzerGold” QSC Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Göygöl və Daşkəsəndə səyyar tamaşalar təşkil edib

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi

Sabah hava necə olacaq?

Ermənistan-Türkiyə yaxınlaşması regionda güc balansını belə dəyişəcək: Rusiya və İran...

Azərbaycanla dəmir yolunun açılması ilə bağlı Gürcüstandan açıqlama

Xətai rayonunda 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar konsert proqramı təşkil olunub+VİDEO

Tramp İsrail və Hizbullahın Livana hücumunu dayandırmaq barədə razılığa gəldiyini bildirib

Müqavimət göstərən sürücü saxlanıldı

Abşeronda Uşaqların Beynəlxalq Müdafiəsi Günü şəhid övladları ilə birgə qeyd edilib

“Nar” gənclərin təhsilinə dəstək olmağa davam edir

Netanyahu ilə danışdıqdan sonra Tramp İsrail qoşunlarının Beyruta getməyəcəyini bildirib

Küveyt İrana xəbərdarlıq etdi

Saakaşvilidən müharibə xəbərdarlığı: Bakı buna icazə verməyəcək

Prezident İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək

Bakıda evdən 6 min dollar oğurlayan usta saxlanıldı

Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Prezident Qurban Qurbanovu təltif etdi

Qubanın 3 kəndinin adı dəyişdirildi

Yaşla əlaqəli beyin iltihabının müalicəsi tapıldı

Bütün xəbərlər