Səfir XİN-ə çağırıldı, Azərbaycan Fransaya nota verdi

Avqustun 31-də Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

XİN-dən "dogruxeber.tv"a verilən məlumata görə, görüş zamanı, Paris şəhərinin meri Ann İdalqo daxil olmaqla Fransanın bir neçə şəhərinin rəhbər şəxslərinin müşayiəti ilə “humanitar yük” adı altında Laçın sərhəd buraxılış məntəqəsi istiqamətinə nəqliyyat vasitələrinin göndərilməsi və həmin şəxslər tərəfindən Azərbaycana qarşı təxribatçı bəyanatlar səsləndirilməsi ilə bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.

Fransa tərəfinin bu addımlarının Azərbaycanın daxili işlərinə birbaşa müdaxilə olmaqla yanaşı, ölkəmizin beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı qəsd olduğu vurğulanıb.

Qeyd olunub ki, Ermənistanın yalan və manipulyasiya kampaniyasına alət olan bu təxribatçı əməllər bölgədə vəziyyətin gərginləşməsinə yönələn və Fransa tərəfindən Ermənistanı revanşist mövqeyini davam etdirməyə həvəsləndirən və son günlər daha da intensivləşən addımların növbəti nümunəsidir.

Azərbaycan tərəfi, beynəlxalq humanitar yardımın göndərilməsi ilə bağlı beynəlxalq hüquqi çərçivəyə zidd olaraq nümayişkaranə şəkildə Azərbaycan tərəfi ilə razılaşdırmadan, onun iradəsinin əksinə Azərbaycanın beynəlxalq tanınmış ərazisinə hər hansı bir ad altında yüklərin göndərilməsi cəhdini təxribatçı əməl kimi qiymətləndirib və buna qəti etirazı qarşı tərəfin diqqətinə çatdırılıb.

Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, regionda beynəlxalq aktorların fəal səyləri ilə irəlilədilən kövrək normallaşma prosesini təhlükə altına alan addımlara son qoyulması Fransa tərəfindən təkidlə tələb olunub.

Son xəbərlər

40 işçi aylardır maaş ala bilmir... - AXI NİYƏ?

Funda Hospitalında həkim İmran Cərullazadənin icra etdiyi göz əməliyyatı faciəyə çevrildi - Vətəndaş gözünü itirdi

Qağaməli müəllimin kantorundə DƏRƏBƏYLİK: “Deyirlər ki, xoşun gəlmir get başqa yerdə iş tap...” -BU NƏDİ BELƏ?

Paşinyandan Moskvanın Zelenski ilə bağlı açıqlamasına reaksiya: Putin də mənim yanımda çox söz deyib

Xətai rayonunda qanunsuz tikinti iddiaları yenidən gündəmdə – səki restoran ərazisinə qatılır?

Avropa İttifaqı Suriya ilə Strateji Tərəfdaşlıq Sazişini bərpa etdi

İran Avropaya xəbərdarlıq etdi: Təhriklərə aldanmayın

Almaniya və Ukrayna birgə silah istehsal edəcək

Britaniyanın qəti mövqeyi: “Biz İranla müharibəni dəstəkləmirik”

Akif İslamzadənin SON VƏZİYYƏTİ AÇIQLANDI

Sabah 30 dərəcə isti olacaq

Rusiya ordusu Liman şəhərində irəliləyir

Fransada hantavirusa ilk yoluxma halı qeydə alındı

Mayda pensiya gözləyənlərə XƏBƏR

Azərbaycan nefti bu qədər bahalaşacaq

Xaricdə yaşayan Ermənistan vətəndaşları səs verə bilməyəcək

Binəqədidə şirkətdən 7 min manatlıq kabel oğurlandı - İki nəfər saxlanıldı

Nərgiz Məhəmmədi azadlığa buraxıldı

"Arsenal" vacib qələbə qazandı

Netanyahu ABŞ və İsrailin Hörmüzdəki vəziyyəti səhv qiymətləndirdiyini etiraf edib

İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu – FOTOLAR

Xamenei ona ən çox ehtiyac duyulduğu vaxt yoxa çıxdı

Türkiyə XİN Pakistandakı terror aktına münasibət bildirdi

İstanbuldan uçan təyyarə Nepalda eniş zamanı alovlanıb

6 yaşlı oğlan məktəb ekskursiyası zamanı elə bir şey tapdı ki... - Foto

Xətainin mərkəzində səssiz mübarizə: Yaşıllıq ərazilər kimlərin maraq dairəsinə daxil olub?

Bu da Türkiyənin "Kuzgun"u - Foto

"Barselona" "Real"a qalib gələrək İspaniya çempionu olub

CNN: ABŞ Kuba sahillərində kəşfiyyat uçuşlarını artırıb

Tramp Lukaşenkoya təşəkkür edib

Bütün xəbərlər