Ən böyük hakim Allahdır ! - Qalanı təfərrüat

Ən böyük hakim Allahdır.

Bu ifadə bütün insanlara çağırış olmaqla yanaşı, hakim kürsüsündə əyləşənlərə də bir tövsiyyədir.

Bu o, deməkdir ki, ədalət yaradanın əmridir. Sizin verdiyiniz qərar nə olursa-olsun, ədaləti bərpa edən edəcək. Siz isə verdiyiniz bütün ədalətsiz qərarlar üçün bir gün cavab verəcəksiniz.

Yox, axirəti nəzərdə tutmuruq, elə bu dünyada cavab verəcəksiniz. Anlamaq üçün çox düşünməyə gərək yoxdur, ötən ilin aprel ayını yadınıza salın, nə demək istədiyimizi anlamış olacaqsınız.

Azərbaycan Hakimiyyəti bu ayrıseçkilik prinsiplərini nəvaxta qədər davam etdirəcək?

Hakim kürsüsünə gedən "ASAN" yol - Hələ çox şeylər görəcəyik...

Orxan Xəqani oğlu Həsənov.
1 saylı Bakı inzibati-iqtisadi məhkəməsində hakim kürsüsündə əyləşən bu adam Asan xidmətdəki kürsüsündən "qeyri-adi sıçrayış"la birbaşa hakım kürsüsünə düşüb. Hər davranışından, hər kəlməsindən təcrübəsizlik yağan bu gənc haqqında internet üzərindən balaca bir araşdırma edəndə, barəsindəki vətəndaş şikayətlərindən məlum olur ki, o heç təcrübə toplamaq üçün çalışmayıb da.

Belə çıxır ki, bu adam hazır tapşırılmış qərarları sadəcə səsləndirdiyi üçün, işini öyrənmək lazım olmayıb.

Yeri gəlmişkən, təqribən iki həftə əvvəl, "dogruxeber.tv" MMC-nin Medianın İnkişafı (əleyhinə ) Agentliyi barəsində qaldırdığı məhkəmə iddiasında, 6 ay sürən"baxış məhkəməsi"ndən sonra, bizi evə göndərib, arxamızca qərar verdiyini izləyicilərimizin diqqətinə çatdırmışdıq.

Təsəvvür edirsinizmi, qəbul edilən məhkəmə qərarı hələ də bizə göndərilməyib?!
Bununla bağlı ötən həftənin cümə günü Orxan Həsənovun mobil telefonuna zəng etdik. Telefona cavab verən xanım bildirdi ki, qərar hələ (iki həftə keçdiyinə baxmayaraq) hazır deyil.

Ötən gün isə zəng etdiyimizdə, telefona cavab verən Nigar Sadıqova adlı xanım, 1-2 dəqiqəlik telefon danışığımızda 3-4 fərqli cavab verdi.

Gah, "poçt vasitəsilə göndərmişik 3 günə", gah "5 günə", gah da "15 günə gələcək" deyə biri-birindən fərqli cavablar verdi. Qeyd edək ki, xanımın cavabı kimi, Orxan Həsənovun telefonuna cavab verən xanımlar da tez-tez dəyişir. Hər zəngimizdə bir başqa xanım cavab verir.

Orxan Həsənovun müxtəlif cavablarla bu qədər vaxt qazanmağa çalışması da bizdə müəyyən şübhələr doğurur. Düşünürük, yəqin bu təcrübəsiz gənc oğlan qərarı yazdırmaq üçün təcrübəli hakim axtarır. Qınamalı da deyil, "ASAN" xidmət hara, hakim kürsüsü hara...

Qeyd edək ki, mövzu burda bitmədi, dedikləri müddət(lər)i də gözləyək, görək nə olur...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər