Azərbaycanda bu yeni nazirlik yaradılır – Deputat detalları açıqladı

"dogruxeber.tv" bildirir ki, Azərbaycanda yeni nazirlik yaradılacağı ilə bağlı məlumatlar dolaşır.

Bizim.Media-ya bu barədə məlumat verən mənbənin sözlərinə görə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və bu qurumun nəzdində fəaliyyət göstərən TƏBİB vahid ad altında birləşərək, Səhiyyə və Sığorta Nazirliyinə çevriləcək.

Digər iddialara görə Azərbaycanda Tikinti Nazirliyi yaradılacaq. Əslində millət vəkili Zahid Oruc da Milli Məclisin beş komitəsinin və hökumət üzvlərinin iştirakı ilə 2015-ci il dövlət büdcəsi ilə bağlı aparılan müzakirələr zamanı belə bir nazirliyin yaradılması təklifi ilə çıxış etmişdi.

Deputatın fikrincə, hər nazirliyin tərkinində tikinti qurumu olmaqdansa, tender üzrə xüsusi bir qurum, ya da ayrıca Tikinti Nazirliyi yaradılsın. Eyni zamanda dövlət bunun şərtlərini müəyyən etsin.

Başqa bir iddiaya görə, yeni yaradılacaq nazirliyin rəhbəri qadın olacaq və istiqamət fəaliyyəti sosial problemlərin həllinə yönələcək. Hətta sosial yönümlü bir neçə nazirlik və qurumların yeni yaradılacaq nazirliyə birləşdiriləcəyi də bildirilir.

Maraqlısı budur ki, millət vəkili Fazil Mustafa da problemlərin həlli ilə bağlı yeni nazirliyin yaradılması təklifini irəli sürür.

Bu barədə Bizim.Media-ya açıqlamasında deputat bildirib ki, yeni nazirliyin yaradılması məsələsi mümkündür:

“Təbii ki, bu, hökumətin vəzifəsinə aid olan məsələdir. Onların səlahiyyəti var ki, zərurət olduğu halda bu istiqamətdə addımlar atılsın. Mənim isə təklifim ondan ibarətdir ki, Azərbaycanda problemlərin həlli nazirliyi yaradılmalıdır. 100 nazirliyə ehtiyac yoxdur. Problemləri həll etmək lazımdır.

Çünki biri o birinin üzərinə atır və problemlər həll edilməmiş qalır. Sonda isə məhkəmə hakimiyyəti tərəfindən də problemin həllinə şahid olmayanda, icrasının çətinliyi ortalığa çıxanda anlayırsan ki, əsas məsələ vətəndaşın problemini həll etməkdir.

Bizdə məhz problemlərin həlli üzrə nazirlik lazımdır. Hansı ki, o biri nazirliklərin həll edə bilmədiyi problemləri aidiyyəti nazirlik yoluna qoysun. Bəlkə, bu məsələdə bir qədər sarkazm da var.

Amma başqa yolumuz yoxdur. Həqiqətən də çox böyük sıxıntı var və insanlar öz problemlərini həll edə bilmirlər. Səbəb də odur ki, bir qurum digərinə problemi ötürür. Vətəndaş isə yalnız məhkəmə ümidi ilə yola çıxır. Bəzən arzuladığı qərarı ala bilmir. Yaxud da qərar qəbul olunur, amma icrasına nail ola bilmir. Bu isə problemlərin daha da şişməsinə gətirib çıxarır”.

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər