Separatçıların Nikolla döyüşü başladı - Xankəndidəki qərarın ləğvinin sirri

dogruxeber.tv: - Ermənistanda Qarabağdakı keçmiş qondarma rejimin "nümayəndələri” ətrafında hadisələr səngimir.

- Qarabağdan Ermənistana qayıdan ermənilər keçmiş qondarma rejimin İrəvandakı "nümayəndəliyi” qarşısında aksiya keçirdilər, hətta binaya daxil olaraq, qarşıdurma yaratdılar;

- Erməniləri hazırda maraqlandıran qondarma "artsax” ideyası yox, gözlədikləri maaşlarının verilməməsidir;

- Samvel Şahramanyan etirazçıların önünə çıxaraq, maaşların verilməsini təmin edəcəklərini bildirdi, daha sonra qondarma rejimin özünü buraxması haqda qərarını ləğv etdiyini elan etdi;

Şahramanyanın qərarını "ləğv etməsi” haqda açıqlaması Samvel Babayanın separatçıların başına keçməsi planına qarşı tələsik atılmış addım kimi görünür, eyni zamanda, o, bununla Ermənistan hakimiyyətinə "mövcudluqlarını” davam etdirdiklərini nümayiş etdirməklə, maliyyə yardımı almaq və maaşların verilməsini həyata keçirmək istəyir. Hərçənd, ermənilərin maaş davası fonunda qondarma rejimin özünü buraxmaq qərarının ləğv edilməsi müəmmalı olaraq qalmaqdadır.

Birincisi, bu açıqlama Ermənistan üçün də yaxşı perspektiv vəd etmir;

İkincisi, özünü buraxmaq haqda qərarın ləğvi çağırışını ilk dəfə Samvel Babayan gündəmə gətirdi və maraqlıdır ki, Şahramanyan məsələ gündəmə gələndə yox, məhz maaş davası aparan ermənilərin etirazı zamanı danışmağa başladı;

Hadisələr baş verənlərin Paşinyan hakimiyyəti tərəfindən təşkil edildiyini və onun Babayan üzərindən separatçılar arasında parçalanma yaratmaq, prosesi nəzarətə götürmək istədiyini deməyə əsas verir. Nikol bununla həm daxili siyasətdə ona qarşı istifadə edlən Qarabağ kartını ələ almaq istəyir, həm də Azərbaycana qarşı "separatizm kartını” aktual olaraq saxlamaq niyyətindədir.

Erməni politoloq Suren Surenyan da hesab edir ki, ermənilərin aksiyasını Paşinyan hakimiyyəti təşkil edə bilər.

"Qarabağdan qayıdan ermənilərin bir çox sosial və məişət problemləri olduğu üçün etiraz etmələri təəccüblü deyil, lakin burada Ermənistan hakimiyyətinin də əli ola bilər. Məqsəd Şahramanyanı və onun ətrafını, eləcə də onun əlaqədə olduğu qrupları əsas günahkara çevirmək, onlar arasında parçalanma yaratmaqdır”, - erməni politoloq bildirib.

Proseslər göstərir ki, separatçılarla Paşinyan hakimiyyətinin arasında qarşıdurma daha da kəskinləşəcək.//qaynarinfo.az

Son xəbərlər

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Bütün xəbərlər