Tikinti üçün hasarlanan ərazidə beş ağac kökündən çıxarılıb - Ərazinin sahibi isə tapılmır

dogruxeber.tv: - Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsi 70 ünvanında tikinti məqsədilə hasarlanmış ərazidə ağacların çıxardıldığı faktı öz təsdiqini tapıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, hadisə yerində ilkin araşdırma aparılıb.

"Aparılan araşdırma zamanı beş ağacın kökündən çıxardıldığı faktı müəyyənləşib. Ağaclar kökündən çıxardıldığı üçün onların növünü müəyyən etmək mümkün olmayıb. Nazirlikdən onu da bildiriblər ki, ağacların çıxardılması faktı üzrə araşdırmalar davam edir. Ağacları çıxardan şəxslərin kimliyinin müəyyənləşdirilməsi, ərazinin kimə məxsus olduğu araşdırılır", - deyə cavabda bildirilir.

Xətai Rayon İcra Hakimiyyətindən isə Sputnik Azərbaycan-a ağacların kəsilməsi faktının qeydiyyata alınaraq araşdırılacağını bildiriblər.

Xatırladaq ki, Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsi 70 ünvanında ağacların gecə vaxtı kəsilib və yük maşınına yüklənilərək ərazidən daşındığı barədə oktyabrın 27-i Sputnik Azərbaycan-a ərazidə yaşayan sakinlər məlumat verib.

Sakinlər bildirib ki, gecə saat 02:45 radələrində Məhəmməd Hadi 70 ünvanında yaşıllıq ərazisi hasarlanıb, orada olan bir neçə ağac kəsilib. Daha sonra ərazi hasara alınaraq tikinti işləri aparmaq üçün oraya tikinti materialları daşınıb. Bundan sonra Sputnik Azərbaycan-ın sorğusuna əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri sözügedən ünvana baxış keçiriblər.

Sputnik Azərbaycan sözügedən ünvanda ağacların kəsilməsi faktını diqqətdə saxlayır. Nazirlikdən bildirilib ki, fakt hazırda araşdırılır.
Qeyd edək ki, qeyd olunan ərazi Bakı Metropoliteninin Həzi Aslanov stansiyasının iki çıxışının arasında yerləşir.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a ərazinin kim tərəfindən hasarlandığının, metro ərazisinə aid olub-olmadığının araşdırılacağını söyləyib.

Onu da qeyd edək ki, Prezident İlham Əliyev ağacların qanunsuz kəsilməsinin yolverilməz olduğunu öz çıxışlarında dəfələrlə bildirib. Dövlətimizin başçısı bu cür hallara qarşı daim ciddi tədbirlərin görülməsini, buna yol verən şəxslərin məsuliyyətə cəlb edilməsini tapşırıb:

"Ağacəkmə kampaniyası çərçivəsində on milyondan çox ağac əkilib və bu proses davam etdirilir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir".

Ətraf mühitin qorunmasından danışan Prezident bir neçə il bundan əvvəl Azərbaycanda "Ekologiya ili"nin elan edildiyini yada salıb:

Tikinti üçün hasarlanan ərazidə beş ağac kökündən çıxarılıb - Ərazinin sahibi isə tapılmır

"Xatırlayıram, o vaxt biz "Ekologiya ili"ndə görülən işləri müzakirə edərkən mən demişdim ki, "Ekologiya ili" hər il olmalıdır. Çünki ətraf mühit, xüsusilə Bakı və Abşeron yarımadası üçün əsas məsələlərdən biridir". Ölkə başçısı ağacları kəsənlərə qarşı daha ciddi tədbir görülməsindən ötrü aidiyyəti qurumlara səslənərək son xəbərdarlığını edib: "Aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz".

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər