9 konqresmen və bir senator Qubad İbadoğlu ilə bağlı Blinkenə müraciət edib

“Qubad İbadoğlunun səhhəti əvvəlki kimi pisləşməyə doğru gedir”
dogruxeber.tv: - ABŞ-ın Nyu-Cersi ştatından doqquz konqresmen və bir senator Azərbaycanda həbsdə olan iqtisadçı Qubad İbadoğlunun azad edilməsi üçün ABŞ dövlət katibi Entoni Blinkenə müraciət edib.
Bu barədə Qubad İbadoğlunun qardaşı Qalib Bayramov məlumat verib.
Onun sözlərinə görə, müraciətdə qardaşının dərhal və qeyd-şərtsiz azad edilməsi üçün bütün diplomatik kanallardan və beynəlxalq tərəfdaşlar ilə əməkdaşlıqdan istifadə etmək çağırışı yer alıb.
Qalib Bayramov bildirir ki, həmin çağırışda həmçinin Dövlət Departamentindən Qubad İbadoğlunun azad edilməsi üzrə aparılan iş haqqında hesabat istənilib.
Qalib Bayramov qardaşının səhhətindən də danışıb. Deyib ki, Qubad İbadoğlunun səhhəti əvvəlki kimi pisləşməyə doğru gedir, xəstəlikləri artır, ona səmərəli tibbi yardım göstərilmir.
Məsələyə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb. Lakin daha öncə Meydan TV-nin Qubad İbadoğlunun səhhəti ilə bağlı sualına, bunun onların yox, tibb müəssisəsinin nəzarətində olduğunu bildirmişdilər.

9 konqresmen və bir senator Qubad İbadoğlu ilə bağlı Blinkenə müraciət edib

ABŞ-ın Nyu-Cersi ştatının nəşri ola “nj.com” da Qubad İbadoğlu barəsində məqalə hazırlayıb.
Nəşrə danışan Qubad İbadoğlunun oğlu Emin Bayramov deyib ki, iki həftədə bir dəfə atası ilə telefonla danışa bilir:
“Atamın tənzimlənməyən şəkərli diabeti, ürəyində problemləri var. Hər dəfə telefonda mənə narahat olmamağı, dərslərimə fikir verməyi tapşırır, deyir, hər şey yaxşı olacaq”.
Məqalədə qeyd edilir ki, ABŞ Nümayəndələr Palatasının Nyu-Cersi ştatından nümayəndəsi Frank Pallone Bayden administrasiyasını Qubad İbadoğlunun azadlığını təmin etməyə çağırıb:
“Prinston və Rutgers universitetlərinin əməkdaşı olmuş Qubad İbadoğlunun azadlığı üçün təxirəsalınmaz addımlar atılması lazımdır, çünki onun sağlamlığı sürətlə geri gedir”.
Məqalədə Qubad İbadoğlunun ABŞ universitetlərindəki elmi-pedaqoji fəaliyyəti və Azərbaycandakı həbsi barədə də ətraflı yazılıb, vəkili Zibeydə Sadıqovanın və həyat yoldaşı İradə Bayramovanın fikirlərinə yer verilib.

9 konqresmen və bir senator Qubad İbadoğlu ilə bağlı Blinkenə müraciət edib

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu saxta pul hazırlamaq ittihamı ilə 3 ay 26 gün müddətinə həbs edib. Azərbaycan DİN-dən İbadoğlunun 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarları ilə əlaqəsi olduğunu bildiriblər.
Avqustun 25-də ona qarşı daha bir ittiham irəli sürülüb – “dini ekstremist materialların hazırlanması, saxlanması və yayılması”.

Qubad İbadoğlu ittihamları absurd hesab edir, həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir. Bir çox beynəlxalq təşkilat və rəsmi şəxslər Azərbaycan hakimiyyətini siyasətçini dərhal azad etməyə çağırıb. Avropa Parlamenti İbadoğlunun təqibi ilə əlaqədar Azərbaycan məmurlarına qarşı sanksiyalar tətbiq etməyi gündəmə gətirib.//Meydan TV

Oxunub: 492

Son xəbərlər

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Tehran aeroportu fəaliyyətini bərpa etdi

Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Pulunu dollarlarla saxlayanlara şad xəbər

"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası

İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən danışdı

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB

Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"

Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir"

Sumqayıtda baş verən yol qəzası ilə bağlı ziddiyyətli açıqlamalar

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər