Dövlətin internet xətti direktorun DƏDƏ MALIDIR?...

dogruxeber.tv: - Şahbuz rayon Külüs kənd orta məktəbində müəllimlərin məktəbə aid internetdən istifadəsinə qadağa qoyulub. Bu haqda „Gündəlik Naxçıvan“a bir qrup müəllim məlumat verib. Onların sözlərinə görə, buna səbəb bu ilin əvvəlində müəllimlərdən birinin məktəbdəki pozuntularla bağlı internetdə canlı yayına cəhd etməsi olub. Külüs kəndi dağlıq ərazidə yerləşdiyindən burada mobil internetdən istifadə məhduddur.

Müəllimlər bildirir ki, bu hadisədən sonra məktəbin direktoru Nicat Abdullayev internetə giriş şifrəsini dəyişib, hamıdan gizli saxlayır. Şikayətçilər deyir ki, hazırda o, məktəbə aid olan interneti özü tək işlədir:

“Məktəbdə çoxlu problemlər var. Onlardan ən əsası da suyun olmamasıdır. Bu səbəbdən, ötən il qışda valideynlərin bir qismi uşaqlarını məktəbə buraxmırdı. Bununla bağlı canlı yayıma cəhd edilsə də, imkan verilməmişdi. Buna baxmayaraq, valideynlər məktəbdəki problemlərlə bağlı mətbuata məlumat ötürmüşdülər. Elə, o vaxtdan direktor heç kimə məlumat vermədən məktəb internetinin şifrəsini dəyişib. Məktəbdə internetdən yalnız özü istifadə edir”.

Müəllimlər deyir ki, məktəbdə internetin qadağan olunması dərsin keyfiyyətinə də təsir edir:

“Bu gün həyatı internetsiz təsəvvür etmək mümkün deyil. Məktəblərdə həm müəllimlərə həm də şagirdlərə internet lazımdır. Demək olar ki, bütün dərs vəsaitlərinin hamısı orada var. Nəyisə dəqiqləşdirmək, öyrənmək və operativ məlumatlar üçün hər zaman internetin olmasına ehtiyac var. Direktor isə, neqativ halların çəkilib yayılmaması üçün kollektivi internetsiz qoyub.”//„Gündəlik Naxçıvan“

Oxunub: 850

Son xəbərlər

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir üçün materiallar alacaq

Bütün xəbərlər