"Müəllim hazırlığa gəlməyən şagirdlərə təzyiq edir" - 1 nömrəli məktəbdən ŞİKAYƏT

Paytaxt sakini Zümrüd İbrahimova məktəbdə şagirdlərə qarşı ayrı-seçkilik qoyulduğundan narazıdır.
"dogruxeber.tv" bildirir ki, o, bu barədə Bakupost.az -a şikayətində bildirib.
Z.İbrahimovanın sözlərinə görə, övladı Namiq Axundov adına 1 nömrəli tam orta məktəbdə təhsil alır:
"Uşaq rus bölməsində oxuyur. İnformatika fənnindən ona Ləman Cəbiyeva dərs deyir. Müəllim yanına pullu hazırlığa gəlməyən şagirdlərə aşağı qiymətlər yazır, onlara münasibətdə obyektiv davranmır".
41 yaşlı valideyin qeyd edib ki, Ləman Cəbiyeva onun yanında hazırlaşmayan uşaqlara müxtəlif üsullarla təzyiq göstərir:
"O, müəllim adına yaraşmayan hərəkətlər edir. Bu qanunsuz hərəkətləri etmək cəsarətini isə məktəbin direktoru Elida Rzayevadan alır. Ləman Cəbiyeva direktorun qanunsuzluqları hesabına 35 dərs saatı ilə təmin olunub. Halbuki, o, 9 dərs saatına uyğun MİQ imtahanı üzrə qəbul olunub. Ləman Cəbiyeva abituriyentləri məktəbin daxilində bir sinifdə hazırlaşdırır. Rus dilini bilmir. İnformatika, Rəqəmsal Bacarıqlar, STEAM dərslərini Azərbaycan dilində və qeyri-peşəkar formada keçir”.
Şikayətçi bildirib ki, L.Cəbiyevanın qanunsuz hərəkətlərinə görə qızı və digər sinif yoldaşında psixoloji sarsıntı və səhhətlərində müxtəlif problemlər yaranıb:
“Çox təəssüf ki, bu hadisələr Bakının mərkəzində yerləşən məktəblərin birində baş verir. Sayrtınız vasitəsilə aidiyyəti qurumlara müraciət etmək istəyirəm. Valideyn olaraq onlardan xahişim budur ki, qızımın anonimliyini qorumaq şərti ilə Ləman Cəbiyeva və direktor Elida Rzayevanın qanunsuz hərəkətləri barəsində qanunamüvafiq tədbirlər görəsünlər".
Məsələ ilə bağlı Namiq Axundov adına 1 nömrəli tam orta məktəblə əlaqə saxladıq.

Təlim-tərbiyə işləri üzrə direktor müavini Oksana Əliyeva Bakupost.az -a “Direktora müraciət edin. Bu barədə səlahiyyətli şəxs deyiləm”, - deyərək dəstəyi asdı.
Məktəbdən isə qeyd edildi ki, direktor hazırda yerində yoxdur.

Son xəbərlər

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

Bütün xəbərlər