gundem / dunya
15.11.2023
İsrail hərbçiləri HƏMAS qolunun liderlərindən birini SAXLADI
İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS-ın Ramallahdakı qolunun liderlərindən biri Hüseyn Əbu Queyqi saxlayıb.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə “Quds” portalı məlumat yayıb.
Nəşrin mənbələrinə görə, Queyqi İordan çayının qərb sahilindəki Əl-Bira şəhərində reyd zamanı saxlanılıb. Bununla belə, İsrail ordusunun özü hələ də HƏMAS liderinin həbsini rəsmən açıqlamayıb.
Bundan əvvəl IDF ölkənin Hərbi Kəşfiyyat İdarəsinin köməyi ilə oktyabrın 7-də İsrail ərazisinə hücumu təşkil edən radikal Fələstin HƏMAS hərəkatının bir neçə komandirini məhv edib.



