gundem / hadise / dunya
22.11.2023
Ən yüksək temperatur bu ölkədə qeydə alındı
Ən yüksək temperatur Braziliyada 44,8°C qeydə alınıb və hazırda ölkənin bəzi bölgələri istidən əziyyət çəkir.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Rekord Minas-Jerais ştatının cənub-şərqindəki Arasuay şəhərində qeydə alınıb. Hökumət qurumu bildirib ki, 44,8°C maksimum temperatur ölkədə 2005-ci ildə müəyyən edilmiş 44,7°C-lik əvvəlki rekordu qırıb.
Belə intensiv istilik iqlim dəyişikliyi ilə əlaqələndirilir. Yerli sinoptiklər bu həftə istilərin azalacağını bildirirlər.



