gundem / Cəmiyyət
27.11.2023
«Absheron Hotel Group»un tərkibindən - 3 HOTEL ÇIXARILIB
Azərbaycanın ən böyük hotel idarəçisi sayılan «Absheron Hotel Group» şirkətinin idarə etdiyi hotellərin sayı azalıb.
"dogruxeber.tv" FED.az-a istinadən xəbər verir ki, 3 otel qrupun tabeliyindən çıxarılıb. Bunlar «Dinamo Hotel Baku», «Art Gallery Hotel» və «Boutique 19 Hotel»dir.
Hazırda «Absheron Hotel Group» ölkənin ən böyük mehmanxanaları da daxil olan 10 oteli idarə edir.


