gundem / dunya
30.11.2023
İtaliya bu ölkə üçün F-35 qırıcıları istehsal edəcək
Çexiya Hərbi Hava Qüvvələrinin F-35 səsdən sürətli qırıcısından ilk 12-si Kameriyada (İtaliya) yerləşən zavodda istehsal olunacaq.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə İtaliyada səfərdə olan Çexiya Prezidenti Petr Pavel açıqlayıb.
Qeyd edək ki, Çexiya üçün ümumilikdə 24 ədəd F-35 qırıcısı istehsal ediləcək.



